Azərbaycanda prezidentə ən çox müraciət edən şəxslər kimlərdir?
13-02-2015, 12:55
Oxunub: 4 130
"Onlara dəfələrlə lazımi izahat verilməsinə baxmayaraq yenə də yazırlar"
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov dövlət başçısı İlham Əliyevə daha çox müraciət edən şəxslərin adını açıqlayıb.
Bolgexeber.com bildirir ki, lent.az-ın məlumatına görə, 2014-cü ildə çoxsaylı müraciətlər edənlərin sayı əvvəlki ilə nisbətən xeyli azalsa da, Binəqədidən Roza Hümbətova, Zərbani Ağayeva və Əhməd Məmməd, Xətaidən Elman Heydərov, Səadət Həsənova, Svetlana Quliyeva, Nərimanovdan Kamran Rəcəbov, Əbülfəz Səfərov, Sənan Ağamirov, Nəsimidən Sevda Hüseynova, Qızılgül Məmmədova, Nizamidən Dursun Məmmədova, İsa və Aidə Cəfərovlar, Sabunçudan Olqa Smolyaninova, Azər Səfərov, Səbaildən Alya Təmrazova, İsrafil İsmayılov, Suraxanıdan Bəşir Həsənov, Yasamaldan Susanna İslamzadə, Züleyxa Fərəcova, Əjdər Hacıyev, Tofiq Məmmədov, Lənkərandan Nazim Məmmədov, Abşerondan Lətifə Zeynəddinova, Ağcabədidən Nizami Nərimanov, Zahid Musayev, Masallıdan Nərgiz Əmirova və başqaları Prezident Administrasiyasına çox müraciət yazanların siyahısındadırlar.
Şöbə müdiri onu da qeyd edib ki, onlara dəfələrlə lazımi izahat verilməsinə baxmayaraq yenə də yazırlar.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər