BolgeXeber.Com » Gündəm » Aqrar Universitetdə tələbələr qiymətlərini «nisyə» yazdırıb

Aqrar Universitetdə tələbələr qiymətlərini «nisyə» yazdırıb

13-02-2015, 17:45
Oxunub: 3 054 Rektor İbrahim Cəfərov qış imtahan sessiyasında hər qrup üzrə konkret «haqq» tələb edirmiş

Azərbaycan təhsili bərbad gündədir və onu vəziyyətdən çıxarmaq üçün tədbirlər görülməsi əvəzinə, durumu daha da ağırlaşdıracaq addımlar atılır. Bir neçə gün bundan əvvəl TQDK-nın açıqladığı rəqəmlərdən də aydın şəkildə görünürdü ki, problem artıq kritik həddi keçib.

Ali təhsil müəssisələrində isə vəziyyət daha ağırdır. Rüşvətsiz keçinmək mümkünsüzdür və tələbələr də bundan əziyyət çəkdiklərini gizlətmirlər. Məsələn, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) durum o qədər ağırdır ki, tələbələr nə edəcəklərini bilmirlər. Bolgexeber.com tia.az-a istinadən xəbər verur ki, qış imtahan sessiyası başa çatsa da, ADAU-da rüşvət yığımı hələ də dayanmayıb.

Belə ki, bəzi tələbələr imtahan sessiyası dönəmində onlardan tələb olunan pulu verə bilmədiyindən qiymətlərini «nisyə» yazdırıb. Yenitədris dövrü başladıqda isə «nisyə» qiymət yazdırmalarının haqqını müəllimlərinə çatdırıblar. Məlumatda deyilir ki, müəllimlərin belə bir varianta baş vurmasının səbəbi rektor İbrahim Cəfərovun onlardan konkret pul tələb etməsi olub.

Verilən məlumata görə, İbrahim Cəfərov sessiya üçün tələb etdiyi məbləği fakültələr və qruplar üzrə bölüşdürüb. Tələbələrin sayına uyğun olaraq müəyyən edilən məbləğləri ödəmək isə məcburidir.

Qarşı tərəfi də dinləməyə hazırıq.