BolgeXeber.Com » Gündəm » Peşəkarlar generalın yalanını çıxardı - Lamiyə Quliyeva ilə bağlı daha bir xəbər

Peşəkarlar generalın yalanını çıxardı - Lamiyə Quliyeva ilə bağlı daha bir xəbər

13-02-2015, 19:40
Oxunub: 3 457 General özünü “dolaşdırıb” – Mədət Quliyev gülüş doğuran addım atdı

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirlənidirilən Lamiyə Quliyevanın övladının atasının adı məlum olub.Haqqin.az saytı yazır ki, həmin insan 1984-cü ildə Ağsuda anadan olmuş Rəsulov Elnur Məmmədrəsul oğludur. Onun özü də şübhəli şəxs qismində Kürdəxanı istintaq təcridxanasında saxlanılıb. Bildirilir ki, Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri də sübut edib.

Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin, o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb.

Tibbdə bu üsul "Ekstrakorporal mayalanma" (EKM) adlanır. İnsanlar arasında "süni mayalanma" kimi tanınır. Ümumdünya tibbi statistik məlumatlara əsasən, EKM tətbiq edildikdən sonra orta hesabla 30-35 faiz hallarda hamiləlik baş verir. Nəzərə alınmalıdır ki, statistik məlumat stasionar şəraitdə həyata keçirilən əməliyyata aiddir. Həkimlərin həyata keçirdiyi əməliyyat zaman belə hamiləliyin baş tutması 30-35 faizdirsə, Lamiyə Quliyeva həbsxana şəraitində müsbət nəticəyə necə nail ola bilib?

Mərkəzi Klinik Xəstəxananın ginekologiya şöbəsinin müdiri Mahirə İsmayılova mətbuata açıqlamasında süni mayalanmanın necə həyata keçirildiyini izah edir. Bildirir ki, 2004-cü ildən süni mayalanma ilə məşğul olurlar:

"EKM zamanı qadına aybaşının ikinci günündən başlayaraq xüsusi dərmanlar veririk. Açıq deyək, həmin dərmanlar vasitəsilə yumurta yetişdiririk. Hər üç-dörd gündən bir onu müayinə edirik. Müalicə təqribən 12-13 gün davam edir. Folekullar yetişəndən sonra kəsik aparılmadan yumurtalar xüsusi iynə vasitəsilə toplanır. Eyni gün qadının həyat yoldaşı sperma analizi verir. Burada qadın və kişi hüceyrələri seçilir ,laboratoriyada mayalanma aparılır. Embrionlar əmələ gəlir. Bu embrionlar 3 gün inkubatorda saxlanır, izlənir. Daha sonra onlardan ən yaxşı ikisi seçilib uşaqlığa transfer edilir. Ümumi müalicə 15-16 gün çəkir. Süni mayalanma budur. Yalnız xüsusi hallar zamanı biz uşaqların cinsiyyətini müəyyən edirik".

Lamiyə bütün bu proseslərdən keçibmi?

İşi ilə bağlı adının gizli saxlanmasını istəyən başqa bir ginekoloq isə hansı halda bu prosesin baş tuta biləcəyini anladır. Deyir ki, bəzi qadınların həyat yoldaşında problem olur.

Onun sperması çox yaşaya bilmir. Buna görə qadın hansısa donordan uşaq dünyaya gətirməklə bağlı razılaşır:

"Beləliklə, donor spermanı verir. Həmin sperma donordan götürülən kimi tibbi şəraitdə qadına yeridilir. Sperma qadının uşaqlığına dərhal yeridilməlidir. Bu, oyuncaq deyil ki, qadın onu özü-özünə yeritsin. Özü də həbsxana şəraitində mümkün deyil. Bu, stasionar şəraitdə baş verir. Mən prosesin dəfələrlə şahidi olmuşam. Həmin sperma qadının uşaqlığına daxil edilir. İnsan bunu öz içinə necə tökə bilər? Özü də o, maye şəklində olan bir şeydi. Kristal deyil ki, gedib uşaqlığa yapışıb qalsın. Bu işlə məşğul olan həkim belə etiraf edər ki, xəstəxana şəraitində yerləşdirilən hüceyrənin belə tutmama şansı olur. Qaldı, həbsxana şəraitində bir qadının həmin mayeni öz uşaqlığına yerləşdirə bilməsi. Bu, çox gülməlidir. Nağıldır, nağıldan da artıq bir şeydir. Mümkün olan iş deyil".