Azərbaycanın heç yerində belə məktəb yoxdur - (Fotolar)
14-02-2015, 09:35
Oxunub: 4 007
"Biz neçə illərdir belə keçirik dərsləri”
Qazax rayonunun Abbasbəyli kənd ibtidai məktəbi qəzalı vəziyyətdədir. Sərhəd kəndi olan Abbasbəyli vaxtaşırı atəşə də məruz qalır. Məktəbin yerləşdiyi ərazi Ermənistan ordusu postlarının açıq hədəfindədir.1970-ci ildə tikilən bu ilkin təhsil ocağında cəmi iki sinif var. Burada vur-tut 11 şagird oxuyur.Sinfin biri 1-ci və 3-cü, digəri 2-ci və 4-cü sinifdə oxuyanların ixtiyarına verilib. Onlar növbə ilə oxuyurlar. Döşəmə və tavanı çürüyüb dağılan bu siniflərin yağışlı-yağmurlu havalardakı halını təsəvvür etmək çətin deyil...
"Azadlıq" radiosunun müxbiri ilə danışan kənd sakinləri son illər ölkədə yeni məktəblərin tikildiyini, köhnə binaların təmir edildiyini deyir, amma bu kənd məktəbinin niyə yada düşmədiyinə təəccüblənirlər.
İki sinif otağından biri
Məktəbin direktoru Günəş Əliyeva başqa bir çətinliyə diqqət çəkir: “Məktəb əlverişsiz yerdədir deyə elə olur uşaqları tənəffüsə də buraxmırıq ki, birdən Ermənistandan atılan güllə ona dəyər. Eyni otaqda iki sinfin birlikdə dərs keçməsinə gəlincə isə bu, komplektləşdirilmiş bir sistemdir. Biz neçə illərdir belə keçirik dərsləri”.
Qazax Rayon Təhsil Şöbəsi məktəbin durumundan xəbərdardır. Şöbə müdiri Əhməd Dərgahquliyevin sözlərinə görə, Abbasbəyli ibtidai məktəbi 2015-ci ildə təmir olunacaq.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər