Sahibkar «Azəryolservis»in özbaşınalığından boğaza yığılıb
14-02-2015, 17:40
Oxunub: 3 542
«Bakı-Şamaxı yoluna çıxmaq üçün bizdən rüsum tələb olunur»
«Yolların Mühafizəsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) («Azəryolservis» ASC-nin nəzdində fəaliyyət göstərir-red.) əməkdaşları Hökməli qəsəbəsinin ərazisində, Bakı-Şamaxı yolunun 16-cı kilometrliyində ticarət obyektlərinin qarşısını qazıblar.
Nəticədə nəqliyyat vasitələrinin bu obyektlərə giriş-çıxışı mümkünsüz olub. MMC-nin əməkdaşları bildirirlər ki, yola giriş-çıxış üçün “rüsum” ödənilməlidir”. Bu sözləri “Bizim Yol”a “Klassik Aİ” MMC-nin icraçı direktoru Vidadi Babaşov bildirib. Onun sözlərinə görə, 14 ildir kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuludurlar. Obyektləri də Bakı-Şamaxı yolunun kənarında yerləşir.
“Yolun qazılması səbəbindən nəqliyyat vasitələri obyektlərə daxil ola bilmir və nəticədə ticarətlə məşğul ola bilmirik. Hazırda abadlaşdırılmış yol kənarından əsər-əlamət qalmayıb. MMC-nin əməkdaşları yolun kənarını və qapıların qarşısını qazıblar, komunnal xətləri qırıblar. Camaatın yolunu kəsiblər. Giriş-çıxışa mane olurlar.
“Yolların Mühafizəsi Xidməti”ndən bizə “Bakı-Şamaxı yoluna daxil olmaq istəyirsinizsə, “rüsum”u ödəyin ki, sizə “texniki baxış” verək və yolunuzu açaq” deyirlər”,- V.Babaşov vurğulayıb.
Sahibkarın sözlərinə görə, nəqliyyat yoluna giriş-çıxışın mümkün olmamasından əhali də əziyyət çəkir. Sahibkarlara isə hər gün külli miqdarda zərər dəyir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər