Şəkidə evsiz olan 2-ci qrup Qarabag əlilinə yardım edilmir- ŞİKAYƏT
20-02-2015, 07:49
Oxunub: 5 110
"Dəfələrlə müraciətimə baxmayaraq Qarabağ müharibə əlilinə, qazisinə biganə münasibət bəslənilir"
Bolgexeber.com-un elektron poçtuna Şəki şəhər, Təpəcənət kənd sakini 2-ci qrup Qarabağ müharibə əlili, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu tərəfindən ölkə başçısına və bir sıra dövlət orqanlarının rəhbərlərinə ünvanlanmış şikayət məktubu daxil olmuşdur. 2-ci qrup Qarabağ müharibə əlili evlə təmin olunmadığından və yaşamağa evinin olmadığına görə 4 nəfər ailə üzvü ilə birlikdə qardaşının evində qalmaq məcburiyyətindədir. Bolgexeber.com olaraq məktubu olduğu kimi təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏ NAZİRİ.
CƏNAB SƏLİM MÜSLÜMOVA.
AZƏRBAYCAN RESPUBLİKASI ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI
CƏNAB ELXAN USUBOVA.
Şəki şəhər, Təpəcənət kənd sakini 2-ci qrup Qarabağ müharibə əlili, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu tərəfindən.
Ərizə
Hörmətli Cənab Prezident !
Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən 2-ci qrup Qarabag əlili hal-hazırda heç bir yerdə işləmirəm, 18 il Silahlı Qüvvələrdə xidmət dövründə evlə təmin olunmamışam, yaşamağa evim yoxdur, 4 nəfər ailə üzvlərimlə birlikdə qardaşımın himayəsində olmaqla onun evində qalıram, qardaşımın evi kiçik olduğundan yaşayış tərzimiz qeyri -qənaətbəxşdir. 2013-cü ilin mart ayında Qarabag müharibə əlili kimi Şəki şəhərində ev qeydiyyatına götürülmüşəm. Ancaq bu günə qədər evlə təmin olunmamışam. Dəfələrlə müraciətimə baxmayaraq Qarabağ müharibə əlilinə, qazasinə biganə münasibət bəslənilir. Bu barədə mənə kömək edəcəyinizə inanıram.
Qeyd etmək istəyirəm ki, 27.03.2014-cü il tarixdə İqdisadiyyat və Sənaye Nazirliyindən cavab olaraq yazılmışdır ki, gələcək illərdə Qarabağ əliləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin davam etdirilməsi məqsədi ilə Şəki şəhərində yaşayış binası inşa edilərkən mənzillə təmin olunmağınıza baxılacaq.
Sizin müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında verdiyiniz sərəncam aidiyyətı orqanların rəhbərləri tərəfindən icra edilməyərək qalmaqdadır, digər istiqamətlərə yönlənilməkdədir. Mən adi insanlar kimi yox, Qarabağ əlili olaraq bu gündən sabaha yaşamaq ümüdüm yoxdur, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığım xəsarətlərdən ağır xəstəyəm.
Hörmətli Cənab Prezident !
Azərbaycan Respublikasının müharibə əlilləri haqında qanunların tələblərinin icra edilməsinə və mənim tez bir zamanda mənzillə təmin olunmağım barədə aidiyyətı şəxslərə ciddi göstəriş verməyinizi xahiş edirəm.
15.02.2015-ci il. İmza: Rəfiyev İlqar Nəzir oğlu
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər