BolgeXeber.Com » Gündəm » Ramiz Zeynalovun işçisindən prezidentə şikayət olundu-VİDEO

Ramiz Zeynalovun işçisindən prezidentə şikayət olundu-VİDEO

21-02-2015, 16:08
Oxunub: 4 682 Ramiz Zeynalovun işçisindən prezidentə şikayət olundu-VİDEOBolgexeber.com bildirir ki, Cəlilabad rayon,Ağdaş kənd sakini Məmmədkərim Nağıyev BTV-yə müraciət edərək Göytəpə YPX-ilə bağlı şikayətinin işıqlandırılmasını xahiş edib. Məmmədkərim Nağıyevin sözlərinə görə o şəxsi avtomobili ilə Ələt- Astara yolunda hərəkət edərkən Göytəpə YPX-nın inspektoru İlham Ağayev qanunsuz olaraq onu saxlayaraq ailəsinin yanında təhqir edib. Məsələ ilə bağlı Göytəpə YPX-nın inspektoru İlham Ağayevlə əlaqə saxladıq. O, suallarımızı cavablandıraraq deyilənlərin böhtan olduğunu və əldə görüntülərin olduğunu söyləsə də bizə sübut göstərməkdə çətinlik çəkdi .BTV olaraq bu məsələni diqqətdə saxlayaraq,İlham Ağayev söylədiyi görüntüləri bizə təqdim etdiyi halda izləyicilərin də nəzərinə çatdıracağıq.
Bolgexeber.com