Bu gün prezident İlham Əliyevin 50 yaşı tamam olur
24-12-2011, 18:05
Oxunub: 6 213
Ölkə rəhbəri adgününü səngərdə qeyd edir
Ölkə prezidenti İlham Əliyevin bu gün ad günüdür. İ.Əliyevin 50 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il, dekabr ayının 24-də Bakıda anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub.
1995-2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.
2001-2003-cü illərdə Avropa Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ildən Azərbaycan Respublikasının prezidenti vəzifəsini icra edir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Ailəlidir. Üç övladı, 2 nəvəsi var.
“Azərbaycan Prezidenti İlham Əliyev ad gününü Qarabağda cəbhə bölgəsində keçirəcək”. APA-nın xəbərinə görə, bunu Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Prezidentin öz yubileyini təmtəraqlı şəkildə qeyd edəcəyi ilə bağlı məlumatların heç bir əsası yoxdur: “Prezident İlham Əliyev bu gün Qarabağ bölgəsində keçirilən tədbirlərdə iştirak edir və orada da yalnız öz ailə üzvləri ilə ad gününü – yubileyini qeyd edəcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər