BolgeXeber.Com » Gündəm » Milli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edib

Milli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edib

30-12-2011, 16:00
Oxunub: 4 221 Parlamenti Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciət qəbul edib.

Bolgexeber.com-un məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən müraciətdə millət vəkilləri xalqımızı və millətimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik ediblər.

“Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulacaq Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir”, - müraciətdə deyilir.

Qeyd olunur ki, Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə geniş miqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır.

Millət vəkilləri xalqımızı ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırıb.