Sürücülərə ŞOK sürpriz
3-01-2012, 11:05
Oxunub: 4 972
Evinizə hər an şəkilli cərimə qəbzi gələ bilər
Bakıda ictimai nəqliyyatın hərəkətinə maneə törədən qeyri-qanuni parklamanın aradan qaldırılması sistemi fəaliyyətə başlayıb. Nəqliyyat Nazirliyindən Bolgexeber.com-a verilən məlumata görə, sistem nəqliyyat vasitələrinin parklama qaydalarına nəzarəti və qaydaların pozulması aşkar edildiyi halda sanksiyaların tətbiqini nəzərdə tutur. Bütün proses mərkəzdən idarə olunur. Nəqliyyat vasitəsinin parklamanın qadağan edildiyi yerdə dayanması, sistem tərəfindən parklama qaydalarının pozulması kimi qiymətləndirilir. Bu nəqliyyat vasitələrinin aşkar edilməsi və onlara müəyyən sanksiyaların tətbiqi, avtomatik rejimdə növbəti qaydada həyata keçirilir:
- Avtomobil yollarını daim nəzarətdə saxlayan parklamaya nəzarət kameralarının köməyi ilə bu nəqliyyat vasitəsi aşkar edilir;
- Parklamaya nəzarət sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin nömrə nişanının tanınması prosesi həyata keçirilir;
- Nömrə nişanına uyğun olaraq nəqliyyat vasitəsinin sahibi müəyyənləşdirilir;
- Nəqliyyat vasitəsinin fotoşəklinin olduğu cərimə qəbzi çap olunur və nəqliyyat vasitəsinin sahibinin ünvanına göndərilir.
Hazırda avadanlıq avtomobillərin hərəkətinin daha intensiv olduğu 44 yerdə quraşdırılıb.
Qeyd edək ki, Bakıda parklamanının qadağan edildiyi yerdə saxlanılan avtomobillər bəzi hallarda evakuatorlarla daşınır. Bir çox halda isə yol polisi mikrofonla avtomobilin nömrəsini və markasını söyləyir və sürücünü axtarır. Hətta yol polislərinin qapı-qapı düşüb avtomobil sahiblərini axtarması halları da müşahidə olunur. Yeni sistemin fəaliyyətə düşməsi isə yol polislərinin işini nisbətən yüngülləşdirəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər