BolgeXeber.Com » Gündəm » Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri varmı?-Direktor özü dərsi bilmirsə...(FOTO)

Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri varmı?-Direktor özü dərsi bilmirsə...(FOTO)

23-04-2015, 09:29
Oxunub: 3 034 Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri varmı?-Direktor özü dərsi bilmirsə...(FOTO)Məktəb direktoru Tahirə Comərdovanın uzun müddətdir liseydə (sabiq intenat) işləməsinə baxmayaraq, müəllimənin bu gün də adicə emalatxana sözünün yazılışından belə xəbəri yoxdur

Hazırda Qazax rayon təhsil şöbəsi öz sahibini gözləyir. Təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyevin işində yol verdiyi nöqsanlara görə vəzifəsindən alınması rayon ziyalıları tərəfindən elə də birmənalı qarşılanmayıb. On gün olar ki, təhsil şöbəsində təhvil-təslim aparılaraq Dərgahquliyev işindən azad edilib. O, indi yerinə qayıtmaq məqsədi ilə Bakıdadır. Hələlik təhsil şöbəsini Zakir Nəsibov idarə edir. Bu barədə BOLGEXEBER.COM-a yazan Qazax sakinləri rayon təhsilindəki problemlərdən giley edirlər.

Daha sonra BOLGEXEBER.COM-a daxil olan materialda bildirilir: “Qeyd edək ki, rayon məktəblərində vəziyyət aşağı səviyyədədir. O cümlədən, vaxtilə M.Hüseyn adına internat orta məktəbi kimi fəaliyyət göstərmiş, bu gün isə M.Hüseyn adına Qazax şəhər Humanitar və Təbiət fənlər təmayüllü Məktəb-Lisey adlanan təhsil ocağında başlı başını saxlasındır. Qazaxda nahaq yerə demirlər ki, sözügedən məktəbin dadı sabiq direktor Qasım Əliyevlə getdi.

Məktəbə Tahirə Comərdovanın gəlişi, necə deyərlər təhsil ocağına “daş” qoydu. Xanım direktor məktəbə gəlir mənbəyi kimi baxır. Burada nizam-intizam pisləşmiş, səliqə-səhman itmiş və şagirdlərin bilik səviyyəsi xeyli aşağı düşmüşdür. Sinif jurnallarının və mövzu-təqvim planlarının başdansovdu yazılışı onu göstərir ki, direktor yerində deyil. Məktəbin həyətini su basdığından, tənəffüs vaxtı şagirdlərin həyətdə gəzintisi mümkün deyil.

Məktəb direktoru Tahirə Comərdovanın uzun müddətdir liseydə (sabiq intenat) işləməsinə baxmayaraq, müəllimənin bu gün də adicə emalatxana sözünün yazılışından belə xəbəri yoxdur. Hansı ki, həmin yazı lövhəsi direktorun giriş otağının qənşərindədir. Bu isə təhsil ocağında qətiyyən yol verilməzdir.

Görün, Qazaxda şagirdlərimizə kimlər savad verir: Direktor özü dərsi bilmirsə...

Məktəb-liseydə dərsə davamiyyət heç də ürək açan deyil. Belə ki, saat 12- yə qədər məktəbdə şagird tapmaq mümkündür. Onların çoxu repititor yanına getdiyindən əksər siniflərdə dərs keçirilmir.

Məktəbdə işıqlanma sistemi də narahatlıq yaradır. Divara vurulmuş elan lövhəsini oxumaq üçün müsbət 3 eynək taxmalısan.

Onu da qeyd etmək yerinə düşər ki, təhsil şöbəsinin sabiq müdiri (bəlkə də qaytardılar) Əhməd Dərgahquliyev də hər vaxt liseydəki ciddi nöqsanlara göz yumub. Qonağı-qonaqçasını yola salmaq üçün Tahirə xanımdan istifadə edən Dərgahquliyev qətiyyən məktəbə baş çəkməyib. Elə bunun nəticəsidir ki, Tahirə Comərdova da məktəbi məktəb çərçivəsindən çıxarıb.

Aldığımız məlumata görə, xanım direktor ötən il 5000 manat adının açıqlamasını istəmədiyimiz fiziki şəxslə əməıliyyat da aparıb. Vəsaitin nəyə xərclənməsi, həmin fiziki şəxsə hansı maraqla köçürülməsi də sual altındadır.
Mövzuya qayıdacağıq”.

Qarşı tərəfin də fikrini öyrənməyə hazırıq
İlham Hacalı
BOLGEXEBER.COM
Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri varmı?-Direktor özü dərsi bilmirsə...(FOTO)
Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri varmı?-Direktor özü dərsi bilmirsə...(FOTO)
Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri varmı?-Direktor özü dərsi bilmirsə...(FOTO)