Həbs edilmiş hərbi komissarın cinayət işi məhkəməyə göndərilib
11-01-2012, 17:55
Oxunub: 5 992
Suraxanı rayonunun sabiq hərbi komissarı və onun rəhbərlik etdiyi dəstə üzvlərinin cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.
Respublika Hərbi Prokurorluğundakı mənbədən Bolgexeber.com-a verilən məlumata görə, Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev, hərbi komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, 4-cü bölmənin sabiq rəisi Tale İbrahimov, 2-ci bölmənin müfəttişi Mərbud Məmmədov, Hərbi həkim komissiyasının sədri Aslan Əliyev və vətəndaş Boris Abbasov barəsindəki cinayət işinin materialları Bakı Hərbi Məhkəməsinə göndərilib.
İttiham aktına görə, hərbi komissar işlədiyi müddətdə rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət verilməsi və TQDK-ya təqdim etmək barədə arayış verib, bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbul edib.
Sabiq hərbi komissar Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1, 311.3.2, 311.3.3-cü), vəzifə saxtakarlığı (313-cü), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.2.1-ci) maddələri ilə ittiham olunur.
Hərbi komissarlığın digər vəzifəli şəxsləri və Hərbi həkim komissiyasının sədri rüşvətalma, vəzifə saxtakarlığı, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə cinayətlərində günahlandırılırlar.
Vətəndaş Abbasov isə dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma (325-ci), rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə (326.2-ci), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhdə kömək göstərmə (32.5, 29, 318.1-ci) maddələri ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, cinayət işi üzrə hazırlıq iclası yanvarın 19-na təyin olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər