Rüşvətxor polislər sistemdən qovuldular
12-01-2012, 12:15
Oxunub: 5 622
Ramil Usubovun əmri ilə həmin biabırçı hadisədə iştirak edən hər üç yol polisi əməkdaşı hüquq-mühafizə orqanlarından qovulub
Bir neçə gün əvvəl Bakıda yol polis əməkdaşlarının kütləvi şəkildə avtomobilləri saxlayaraq sürücülərdən rüşvət almaları ilə bağlı yayılan video sözün əsl mənasında ciddi rezonansa səbəb olub. Bolgexeber.com-un məlumatına görə, reaksiyalar daha çox Daxili İşlər Nazirliyinin rəhbərliyində özünü göstərib. Qurum tərəfindən bir neçə gün əvvəl ictimaiyyətə açıqlanan məlumatlarda da vurğulanıb ki, məsələ ciddi şəkildə araşdırılır.
Bu gün səhər aldığımız məlumatlara görə, artıq nazir Ramil Usubovun əmri ilə həmin biabırçı hadisədə iştirak edən hər üç yol polisi əməkdaşının hüquq-mühafizə orqanlarından qovulması haqqında əmr imzalanıb. Nazir onların haqqında tədqiqatların davam etdirilməsini tapşırıb. Həmin şəxslərin həbs ediləcəyi də istisna olunmur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov açıqlama verib. E. Zahidovun sözlərinə görə, baş verən hadisə ilə bağlı nazirin göstərişi ilə tədqiqatlar davam etdirilir: “Biz bu hadisə ilə bağlı hansı tədbirlər görüldüyünü ictimaiyyətə açıqlayacağıq. Lakin bu tədqiqatlar başa çatandan sonra baş verəcək. Hələlik isə proses gedir” .
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər