BolgeXeber.Com » Gündəm » Bakıda tələbə oğlan faciəvi şəkildə öldü

Bakıda tələbə oğlan faciəvi şəkildə öldü

17-01-2012, 12:15
Oxunub: 3 961 Bu gün Bakıda bədbəxt hadisə baş verib

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsindən Bolgexeber.com-a verilən məlumata görə, Xutor adlanan ərazidə, “Yeganə” şadlıq sarayının yaxınlığında, sıra 1, ev 22 ünvanında 1988-ci il təvəllüdlü Ələkbərov Zamir Aydın oğlunun meyiti aşkarlanıb.
İlkin müayinədən sonra Z. Ələkbərovun dəm qazından boğulması müəyyənləşib. Faktla əlaqədar rayon prokurorluğu araşdırmalara başlayıb. Qeyd edək ki, ölən şəxs 4-cü kurs tələbəsi olub.