Binəqədi Hərbi Komissarlığında yoxlama
18-01-2012, 11:20
Oxunub: 5 683
Hərbi Prokurorluq əməkdaşları bir həftədir araşdırma aparır
Binəqədi Hərbi Komissarlığında bir həftədir Hərbi Prokurorluğun əməkdaşları araşdırma aparırlar. Bu barədə məlumatı TİA.AZ saytına Hərbi Komissarlıqdakı mənbə məlumat verib. Həmin məlumatda deyilir ki, yoxlamanın əsas səbəbi xeyli sayda şikayətin olmasıdır.
Çatan məlumatlarda vurğulanır ki, Hərbi Prokurorluğun belə bir yoxlama aparmasının əsas səbəbi təkcə şikayət məktubları deyil, həmçinin korrupsiya faktları ilə də bağlı ola bilər. Mənbənin bildirdiyinə görə, indiyə qədər aparılan araşdırmalar zamanı bir neçə neqativ hal üzə çıxarılıb və bununla bağlı istintaq aparıla bilər.
Bəzi iddialara görə isə sonuncu hərbi çağırış zamanı Binəqədi Hərbi Komissarlığı bir neçə gəncin hərbi xidmətdən yayındırılmasını həyata keçirib. Bu məlumatın nə qədər doğru olub olmadığını araşdırmaq üçün Binəqədi Hərbi Komissarlığı ilə əlaqə saxlamağa çalışdıq. Lakin rəhbərlikdən heç kimlə telefon bağlantısı yarada bilmədik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər