Taksi sürücüsü ilə bağlı cinayət işi açıldı
24-01-2012, 11:00
Oxunub: 5 525
Nəqliyyat Nazirliyinin əməkdaşının döyülməsi ilə bağlı cinayət işi başlanıb.
Nizami rayon prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi 35 yaşlı Hüseynov İbrahim Elvis oğlunun döyülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315-ci) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluqdan bildirilib ki, hadisəni törədən İbrahim Məmmədov hələlik istintaqa cəlb edilməyib.
Qeyd edək ki, iki gün öncə Babək prospektində xidmət aparan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi 35 yaşlı Hüseynov İbrahim Elvis oğlu ilə taksi sürücüsü 1981-ci il təvəllüdlü Məmmədov İbrahim Telman oğlu arasında mübahisə düşüb.
Mübahisə davaya səbəb olub və taksi sürücüsü küt alətlə müfəttişin başından xəsarət yetirib.
Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər