Nazirliyə əlavə səlahiyyətlər verildi
30-01-2012, 18:55
Oxunub: 6 256
"Eurovision-2012" ilə əlaqədar nazirliklərdən birinə əlavə səlahiyyətlər verilib
Azərbaycan hökuməti “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə əlavə səlahiyyətlər verib. Nazirlər Kabinetindən Bolgexeber.com-a verilən məlumata görə, hökumət Bakı şəhərində keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək keyfiyyətli yayımla və zəruri rabitə vasitələri ilə təmin edilməsi üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin sürətləndirilməsi məqsədi ilə sərəncam verib.
Sərəncamda qeyd olunur ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək keyfiyyətli yayımla və zəruri rabitə vasitələri ilə təmin edilməsi üçün Avropa Yayım İttifaqı ilə razılaşdırılmış sxemə əsasən, müəyyənləşdirilmiş avadanlıqların qısa müddətdə alınaraq quraşdırılmasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, aidiyyəti şirkətlərlə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə birlikləri arasında birbaşa müqavilələrin bağlanmasına icazə verilib.
Mayın 22-si və 24-də “Eurovision-2012”nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. 57-ci “Eurovision” mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan “Baku Crystal Hall”da baş tutacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər