BolgeXeber.Com » Gündəm » Sabirabadda iki məmur sahibkarın başına oyun açıb– Prezidentə şikayət olundu

Sabirabadda iki məmur sahibkarın başına oyun açıb– Prezidentə şikayət olundu

7-07-2015, 11:42
Oxunub: 4 448 Sabirabadda iki məmur sahibkarın başına oyun açıb– Prezidentə şikayət olunduNizami Hüseynov Quruzma bələdiyyəsi ərazisində bu qədər qanunsuz balıq gölləri, qanunsuz tikliləri niyə görmür?

Sabirabad rayon Yenikənd kənd sakini Cəlilov Qanı Ərzulla oğlu prezidentə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət edib. Bir nüsxəsi də BOLGEXEBER.COM--a daxil olan müraciətdə deyilir:


Azərbaycan Respublikasının Prezdenti Cənab İlham Əliyevə, Surəti:Azərbaycan Respublikasının Ədliyyə Genralı, cənab Xanlar Zeynalova Surəti:Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Surəti:Azərbaycan Respublikası Ədliyyə Naziri cənab F.Məmmədov Surəti:Prezdent Aparatının Hüquq-Mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Sabirabad rayon Yenikənd kənd sakini Cəlilov Qanı Ərzulla oğlu tərəfindən
ƏRİZƏ

“Mən, 2011-ci ilin sentyabr ayında Quruzma bələdiyyəsinə müraciət edərək 2000-ci ildən Quruzma bələdiyyəsinin keçmiş sədri olan Əliyev Fazil Balaqardaş oğlunun icarəsində olan və Yenikənd kəndi ərazisində yerləşən 30 ha torpaq sahəsini sub-icarəyə götürdüm. Bundan sonra Quruzma bələdiyyəsi ilə 15 illik sub-icarə müqvilə bağladım.Bu müqavilə əsasında mən qoyunçuluğu inkişaf etdirməyə başladım. Bundan sonra mənimlə şəxsi-qərəzliyi olan iki nəfər Yenikənd sakini həmin torpaq sahəsini əldə etmək məqsədi ilə Quruzma bələdiyyəsinin keçmiş sədri Fazil Əliyevdən və Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynovdan müxtəlif dövlət orqanlarına müraciətlər etməyə başladılar. Yazılı çəkişmələr nəticəsindən öz vəzifəsini qorumaq üçün Nizami Hüseyinov bələdiyyə sədri Fazil Əliyevə təzyiqlər göstərərk, mənimlə bağlanmış subicarə müqviləsini ləğv etməsini tələb etdi. Beləliklə, Fazil Əliyev Nizami Hüseyinovun təzyiqləri nəticəsində mənə sub-icarəyə verilmiş torpaq sahəsinin boşaldılmasına dair mənim və bələdiyyə üzvlərinin iştirakı olmadan özbaşına qərar verdi”.

Şikayətçi yazır ki, bu qərardan sonra o, Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib:

“Məhkəmə prosesi zamanı Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təklif aldım.Təklif bundan ibarət oldu ki, Quruzma bələdiyyəsinin sədri və Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynovla qarşılıqlı razılaşma əldə olunub. Razılaşmaya görə, mən, Yenikənd ərazisində olan 30 ha torpaq sahəsini boşaldım və bunun əvəzində mənə qonşu kəndin ərazisindən sahibkarlıq fəaliyyətimin davam etdirmək üçün torpaq sahəsi ayrılacaq. Çəkişmələrin bitəcəyi barədə mənə təminat verən hər üç şəxsə inanaraq razılaşdım və bu təklifin icrasını Nizami Hüseynov şəxsən öz üzərinə götürdü. Lakin az sonra bu çəkişmələr daha da qızışdı. Belə ki, Nizami Hüseynov vədindən qaçdı və mənə görə Fazil Əliyevə təzyiqlərini davam etdirdi. Bu təzyiqlərə tab gətirməyən Fazil Əliyev pisxoloji gərginlik nəticəsində infarkt və insult diaqnozu ilə uzun müddət xəstəxanada qaldı. Sonra isə həkimlərin məsləhəti ilə vəzifəsindən istefa verdi. Bundan sonra Quruzma bələdiyyəsinin sədr əvəzi seçilən Ə.İbrahimov N.Hüseynovun göstərişi ilə 2014-cü ilin dekabr ayında məni yenidən Sabirabad rayonu məhkəməsinə verərək, bu dəfə də mənə qonşu kənd ərazisindən ayrılmış torpaq sahəsini də boşaldılması tələbini qoydu. Ə.İbrahimovdan bu müraciətin səbəbini məhkəmədə soruşduqda bildirdi ki, mən, Nizami Hüseynova tabeyəm, onun göstərişləri mənim üçün qanundur. Halbuki, bütün bu göstərişləri verən Nizami Hüseynov mənə ayrılmış 10 ha torpaq sahəsi barədə keçirilən 18.02.2013.-cü il tarixli iclas protokolundan çıxarışı şəxsən özü Şirvan Regional Ədliyyə Şöbəsində qeydiyyatdan keçirmişdir. Maraqlıdır, necə olur ki, Nizami Hüseynov vəzifə səlahiyyətlərini aşaraq, özünü idarəetmə orqanı olan bələdiyyənin işinə birbaşa müdaxilə edə bilər?”.

Şikayətçi bildirir ki, hadisələrin sonrakı gedişində bələdiyyə sədri Nizami Hüseynov bu tələblərinin qeyri-qanuni olduğunu anlayaraq, geri çəkilib:

“Ələmdar İbrahimov Quruzma bələdiyyəsi adından rəsmi olaraq müraciət edərək, məndən şikayətçi olmadığını bildirdi və məhkəmə prosesinin dayandırılmasını xahiş etdi. Bunun sənədlərinin surətini təqdim edə bilərəm. Ancaq dərdim yenə bununla da bitmədi. Yeni bələdiyyə seçkilər nəticəsində Ə.İbrahimov vəzifəsindən uzaqlaşdırılmış, Nəcəf Allahverdiyev Quruzma bələdiyyəsinin sədri seçildi. N.Allahverdiyev işə başladıqdan sonra bu proseslər barədə söhbətimiz əsasında onun mənimlə heç bir şəxsi-qərəzliyinin olmadığını və sahibkarlıq fəaliyyətimin inkişafında mənə yardımçı olacağını bildirdi. Həmkəndlim və xoş münasibətdə olduğum N.Allahverdiyevin bu sözləri mənim üçün təbii idi. Lakin bir müddət keçdikdən sonra N.Allahverdiyev Quruzma bələdiyyəsi adından mənimçün gözlənilməz şəkildə həmin torpaq sahəsinin boşaldılmasına dair Sabirabad rayon Məhkəməsi qarşısında iddia qaldırdı. Halbuki, Quruzma bələdiyyəsinin ərazisində məndən başqa 1000 hektarlarla torpaq sahəsi müxtəlif sahibkarların iştifadəsindədir.Əlbəttə, iddianın qaldırılması ilə bağlı N.Allahverdiyevlə telefon əlaqəsi saxladım. Söhbət əsnasında N.Allahverdiyev bildirdi ki, yaranmış vəziyyət qarşısında acizdir. Bu iddianı qaldırılmasında ondan yenə də Nizami Hüseynov tələb edir (Fakt üçün N.Allahverdiyevlə telefon danışığının səs yazılarını disklərini də təqdim edə bilərəm). N.Allahverdiyevin bu sözlərindən sonra mən Nizami Hüseynovla görüşdüm və mənim sahibkarlıq fəaliyyətimə nə üçün mane olması ilə maraqlandım. O bildirdi ki, yuxarıda adları göstərilmiş həmin iki nəfər qonşularla razılıq əldə etməliyəm. Çünki mənə qarşı şəxsi qərəzə aparan qonşularım ədliyyə məmurununu iş fəaliyyətindən müxtəlif hüquq-mühafizə orqanlarına müraciətlər edirlər. Bu isə Nizami Hüseynovun barəsində Ədliyyə Nazirliyində mənfi münasibətin formalaşmasına səbəb olur. Dəhşətdir, rəsin sözlərindən belə çıxır ki, mən, onun vəzifəsinin qurbanı olmalıyam. Eybəcərliyə baxın ki, Nizami Hüseynov iki nəfərin əsassız hədələrindən qorxaraq, mənim dörd il ərzində inkişaf etdirdiyim sahibkarlıq fəaliyyətimi bitirməyə çalışır. İndi mən sual edirəm:

– Bəs, Nizami Hüseynov Quruzma bələdiyyəsi ərazisində bu qədər qanunsuz balıq gölləri, qanunsuz tikliləri niyə görmür?

– Nizami Hüseynov cənab Prezdentimiz İlham Əliyevin “Sahibkarlara dəstək olaq, sahibkarların hüquqlarını müdafiə edək” tapşırığına niyə məhəl qoymur?

– Axı, onun bu işdə marağı nədir?

– Bəs bir sahibkar olaraq, mən, öz hüquqlarımı necə müdafiə etməliyəm?

– Bir dövlət məmuru olaraq, Nizami Hüseynovun vəzifəsindən sui-istifadəsi nə dərəcə qanunidir?

Bütün bu suallardan və dəqiq faktdan belə çıxır ki, Nəcəf Allahverdiyev, Nizami Hüseynov kimi bizim məmurlarımız öz vəzifə postlarını qorusunlar deyə, mən, məhv olmalıyam?”.

Şikayətçi yazır ki, yaşadığı Yenikənd kəndinin ərazisində xeyli vəsait sərf edib yaratdığı təsərrüfatdan könüllü şəkildə qonşu kəndin ərazisinə köçsə də, indi də burada adıçəkilən vəzifəli şəxslər ona imkan vermirlər:

“İndi də başlayıblar ki, qonşu kəndin ərazisindən də çıxmalısan. Yuxarıda göstərdiyim faktları araşdırmağınızı və Nizami Hüseynovla Nəcəf Allahverdiyevin qanunsuz fəaliyyətilərini dayandırmağınızı xahiş edirəm. Mən də insanam, Azərbaycan vətəndaşıyam, axı, niyə mənə qarşı belə amansız davranılmalıdır? Niyə mən iki məmurun qanunsuzluğunun qurbanı olmalıyam? Çox xahiş edirəm, bu şikayət ərizəmi xüsusi nəzarətə götürərək, tapdanmış hüquqlarımın bərpası işində mənə yaxından köməklik edəsiniz. Ümidim və pənahım sizlərədir…”.

Şikayətdə adları çəkilənlərin mövqeyini də dinləməyə hazırıq.
BOLGEXEBER.COM