BolgeXeber.Com » Gündəm » "CAN" şirniyyat şirkəti canımıza qəsd edir-VİDEO

"CAN" şirniyyat şirkəti canımıza qəsd edir-VİDEO

15-07-2015, 10:48
Oxunub: 4 458 "CAN" şirniyyat şirkəti canımıza qəsd edir-VİDEOEyyub Hüseynov: "«Can» şirkətinin məhsulları ilə bağlı bizim birliyə də çoxsaylı şikayətlər daxil olub"

«Bazarstore»nin Badamdar qəsəbəsində yerləşən filalından redaksiyamıza dəfələrlə şikayətlər daxil olub.BTV bildirir ki,bu şikayətlərdə deyilir ki,bu dükanlar şəbəkəsindən alınan «Can» Şirniyyat Müəssisəsinə məxsus pidenin içindən həşaratlar çıxıb. Məhsul «Bazarstore»dən iyul ayinin 10-u alınıb. Və elə həmin gün də mətbuatla müraciət olunaraq bildirilib ki, bu məhsulun içində həşaratlar var. Məsələ ilə bağlı «Bazarstore»nin piar və menecment şöbəsinin rəisi Günay xanımla əlaqə saxlayıb,onun münasibətini öyrənmək istədik lakin israrımıza baxmayaraq qarşı tərəfdən heç bir cavab ala bilmədik. Əvəzində isə faktiki olaraq zərərçəkmiş şəxs kimi, tanıdıqları tərəfi şirkətə böhtan atmaqda suçlayaraq günahlandırmaq istədilər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələ ilə bağlı BTV-yə bildirdi ki, «Can» şirkətinin məhsulları ilə bağlı bizim birliyə də çoxsaylı şikayətlər daxil olub. Onların qablaşdırılması, tarixlərlə bağlı narazılıqları biz dəfələrlə müvafiq dövlət qurumlarına da çatdırmışıq. Qeyd edək ki, bu mövzu ilə bağlı olaraq "Can" Şirniyyat Məhsulları istehsal edən şirkətin də rəsmi mövqeyini öyrənməyə çalışırıq.
Bolgexeber.com