BolgeXeber.Com » Gündəm » Salyan postunda özbaşınalıq-İnspektor kimləri təhqir etdi?

Salyan postunda özbaşınalıq-İnspektor kimləri təhqir etdi?

18-07-2015, 11:39
Oxunub: 5 072 Salyan postunda özbaşınalıq-İnspektor kimləri təhqir etdi?Abıyev saxlanılan şəxslərin jurnalist olduğunu bildikdə isə gözlənilmədən kobudluq edib. O , sənədləri onların üzərinə ataraq təhqir edib və söyləyib ki , siz jurnalistlər artıq özünüzü itirmisiniz

Tez- tez gündəmə gələn mövzulardan biri yol polisi əməkdaşlarının özbaşınalığıdır. Media bu məsələni mütamadi olaraq işıqlandırsa da qanunsuzluqlar davam etməkdədir . Bu dəfə isə qanunsuz əməllə BTV.AZ əməkdaşları üzləşiblər . Bu barədə əməkdaşlar Bolgexeber.com-a bildiriblər .Belə ki , ezamiyyətə yollanan BTV.AZ əməkdaşları Bakı- Astara yolunda hərəkət edən zaman Salyan postu ərazisində inspektor Anar Abıyev onları saxlayıb və kəmərdən istifadə etmədiyinə görə protokol yazacağını bildirib. Haqlı səbəb göstərildiyindən etiraz edilməyib və sənədlər təqdim edilib. Abıyev saxlanılan şəxslərin jurnalist olduğunu bildikdə isə gözlənilmədən kobudluq edib. O , sənədləri onların üzərinə ataraq təhqir edib və söyləyib ki , siz jurnalistlər artıq özünüzü itirmisiniz. Vəziyyətdən çaş-baş qalan BTV.AZ əməkdaşları protokolun yazılmasını tələb etsə də inspektor Anar Abıyev heç nə yazmayacağını bildirib.
Artıq Bolgexeber.com-a inspektorla bağlı ilginc məlumatlar daxil olmağa başlayıb.Məlumatlarda qeyd edilir ki , Abıyev bir neçə yerdə bizneslə məşğuldur və Salyan rayon Şorsulu kəndində onun mebel sexi fəaliyyət göstərir. Söylənilənlərin doğruluğunu araşdırıb yaxın günlərdə bu barədə geniş material dərc edəcəyik.
Bolgexeber.com