Bakıda qaz kəmərində güclü partlayış baş verdi
8-02-2012, 11:10
Oxunub: 5 066
Güclü külək bu gün səhər 05 radələrində Bakının Qaradağ rayonu ərazisində qaz kəmərində partlayışa səbəb olub
Bolgexeber.com-un məlumatına görə, hadisəyə yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində qoparaq qaz kəmərinin üzərinə düşməsi səbəb olub. Partlayış Sahil qəsəbəsi 720 millimetrlik Qaradağ-Daşgil qaz kəmərində meydana gəlib. Hadisə nəticəsində güclü alov yüksəlib.
Əraziyə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları gəliblər. Yanğının qarşısını almaq üçün qaz kəməri birbaşa yataqdan bağlanıb.
Hadisə hər hansı xəsarətə yol açmasa da, ətraf qəsəbələrin qazla təminatına təsir göstərib. Bunu əraziyə baxış keçirən “Azəriqaz” səhmdar cəmiyyətinin əməkdaşları da təsdiqləyiblər. Ancaq bununla belə, digər alternativ qaz kəmərləri vasitəsilə ətraf qəsəbələrə qazın verilişi qismən bərpa edilib. Partlayış baş verən Qaradağ-Daşgil qaz kəmərinin də tez bir zamanda bərpa edilməsi üçün tədbirlər görülür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər