Lənkəranda “Panorama” istirahət mərkəzində müştəriləri soyurlar-FOTO
21-08-2015, 10:11
Oxunub: 4 562
Burada qiymətlər od tutub yanır,çek əvəzinə isə gülməli də olsa kağız parçası verirlər...
İnsanlar şəhərin səs-küyündən, yayın qızmar istisindən qorunmaq üçün istirahət planları qursa da turzim bölgələrindəki bahalıq çoxunun bu istəyini ürəyində qoyur. İstilərdən uzaqlaşıb sərinləmək üçün dəniz ən uyğun yer hesab edilsə də , dəniz kənarındakı istirahət məkanları haqda tam əksini demək olar.Bolgexeber.com bildirir ki,qiymətləri od tutub yanan dənizkənarı istirahət məkanlarından biri də Lənkəranda yerləşən “ Panorama “ adlı məkandır. Bura yolu düşənlərin əli cibində olmalıdır desək yeridir. “Panorama”da sadə çayın qiyməti 5 manatdan başlayır. Çay dəstgahından isə söz açmağa belə dəyməz. Kiminsə ürəyi çayın yanında şokolad, mürəbbə istəsə 20-30 manatından keçməli , heç nə sifariş etmədən çardaqda oturmağa isə 3 manat ödəməlidir . Adıçəkilən istirahət mərkəzində olan əməkdaşlarımız bilavasitə bütün bu deyilənlərin şahidi olublar. Əməkdaşlarımız orada çay içdikdən sonra qəbz tələb etsələr də onlara bildirilib ki , burada qəbz verilmir. Əvəzində isə əllə yazılan qiymət kağızı təqdim ediblər. Əməkdaşlarımız qəbzin verilməməsinin səbəbini soruşduqda isə məkanın işçiləri əməkdaşlarımıza sərt şəkildə cavab veriblər. Hər halda insanların istirahət etmək üçün niyə xaricə üz tutmasının səbəbi bəlli olur, çünki bizim bəzi istirahət mərkəzlərinə sərf olunan məbləğin yarısı ilə bir çox ölkələrdə ürəyin istəyən kimi dincəlmək mümkündür
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər