BolgeXeber.Com » Gündəm » Rüfət Quliyev-73 saylı Lənkəran şəhər seçki dairəsinin ən şanslı namizədi

Rüfət Quliyev-73 saylı Lənkəran şəhər seçki dairəsinin ən şanslı namizədi

20-10-2010, 18:10
Oxunub: 7 491

Avtobioqrafiyası, Platforması, Görülən işlər haqqında..

Quliyev Rüfət Atakişi oğlu 1963-cü il may ayının 6-da Bakı şəhərində tanınmış ziyalı və el ağsaqqalı, əslən Lənkəranın Sütəmurdov kəndindən olan Atakişi Ağadədə oğlu Quliyevin ailəsində anadan olub.

Rüfət Quliyev Lənkəran şəhər 4 saylı orta məktəbdə oxuyub, sonra təhsilini Bakı şəhər 102 saylı orta məktəbdə davam etdirib. 1986-cı ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirərək, indiki Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətə başlayıb. Hazırda həmin universitetin «İqtisadi nəzəriyyə və iqtisadiyyatın dövlət tənzimlənməsi» kafedrasının professoru, iqtisad elmləri doktorudur.

1995-ci ildə iqtisad elmləri üzrə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib.

Bir sıra Beynəlxalq qurumların və yerli təşkilatların - T.Şevçenko adına Kiyev Milli Universitetinin 3-cü dərəcəli diplomuna, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının “İşçilərin sosial-iqtisadi hüquqlarının və mənafelərinn qorunmasında xüsusi xidmətlərinə görə” medalına layiq görülüb, “Consulting&Bizeness” jurnalının təsis etdiyi “Uğur” Milli Mükafatının “İlin ən yaxşı istehsalçısı”, “Kadr hazırlığı və təkmilləşdirilməsi işinə töhfəsinə görə” nominasiyalarının laureatı olub.

6 monoqrafiyanın, 4 dərsliyin, 150 elmi əsər və məqalənin müəllifidir. 35 elmi məqaləsi ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Slovakiya, Latviya, Qazaxıstan və başqa ölkələrin nüfuzlu elmi nəşrlərində çap olunub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının və Azərbaycan Türkiyə İş Adamları Birliyinin Azərbaycan tərəfinin həmsədridir.
Böyük Britaniya, İtaliya, Çin Respublikası, Küveyt, Almaniya, Şimali Kipr və digər ölkələrdə Azərbaycanın təşkil etdiyi investisiya konfranslarının fəal iştirakçısı olub.

Rüfət Quliyev respublikada ilk dəfə olaraq, yüksək ixtisaslı yerli kadrların hazırlanmasına özəl şirkətlərin yardım göstərməsi təşəbbüsü ilə çıxış edib. Bunun da nəticəsində bir neçə ali məktəbdə tütünçülük, üzümçü¬lük, iqtisadiyyat, beynəlxalq hüquq, beynəlxalq audit və digər ixtisaslar üzrə xüsusi kurslar təşkil olunub, həmin kursların məzunları işlə təmin ediliblər.

2005-ci ildə III çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. O, Azərbaycan-Hindistan, Azərbaycan-İtaliya, Azərbaycan-Ukrayna, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Parlament xətti ilə çoxsaylı xarici səfərlərdə olmuş, MDB məkanında keçirilən prezident və parlament seçkilərinin əksəriyyətində MDB Parlamentlərarası Assambleyasının müşahidəçisi qismində iştirak etmişdir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli və məqsədyönlü iş aparır.

Xeyriyyəçilik tədbirlərində fəal iştirak edir.
Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilir.
Bitərəfdir.
Ailəlidir, iki övladı var.

****
Deputatliğa namizədin platforması

Güclü iqtisadiyyat, qüdrətli dövlət, firavan həyat

Azərbaycan parlament seçkiləri ərəfəsindədir. 2005-ci ilin parlament seçkilərindən ötən dövr ərzində Respublikamız dünyanın demokratik düşərgəsinə inteqrasiyaya doğru mühüm addımlar atıb və ciddi uğurlara nail olub. İnanıram ki, növbəti parlament seçkilərində də xalqımız öz düzgün seçimini edəcək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələrdə dinamik inkişaf etməsi, hüquqi əsaslara söykənən dövlətçiliyimizin daha da qüdrətlənməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində görüləcək işlər üçün möhkəm və sarsılmaz zəmin yaradacaqdır.

Bundan ötrü hamımız əsası Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinə və demokratik dəyərlərə sadiqlik nümayiş etdirməli, hər birimiz bütün qüvvə və bacarığımızı xalqımızın rifah halının daha da yaxşılaşması və tərəqqisinə həsr etməli, Azərbaycanımızın yeni zirvələrə yüksəlməsinə çalışmalıyıq.

Güclü iqtisadiyyat, qüdrətli dövlət, firavan həyat və Qarabağ probleminin həlli - bu, bizim fəaliyyətimizin əsas amalı olmalıdır.

Mənə etimad göstərilərsə, Milli Məclisin deputatı kimi bütün qüvvə və imkanlarımı aşağıdakı vəzifələrin layiqincə yerinə yetirilməsinə səfərbər edəcəyəm:

Bir iqtisadçı alim kimi elmi və təcrübi biliklərimi ölkədə siyasi, iqtisadi, hüquqi islahatların davam etdirilməsinə, respublikamızın dünya iqtisadi məkanına inteqrasiyasına, onun beynəlxalq aləmdəki müsbət imicinin daha da möhkəmlənməsinə sərf etmək;

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)» reallaşması istiqamətində görülən işlərin icrasının Lənkəran rayonunda daha da sürətləndirilməsi məqsədilə:

İnvestisiyaların təşviqi sahəsində təcrübəmdən, iş adamları ilə əlaqələrimdən istifadə edərək kənd təsərrüfatının, xüsusilə çayçılığın, tərəvəzçiliyin, subtropik bitkilər istehsalının inkişafı və yeni emal sahələrinin yaradılması, buradakı turizm potensialından istifadə edilməsi üçün beynəlxalq maliyyə qurumlarının, imkanlı xarici və yerli şirkətlərin rayona sərmayə qoymasına, nəticədə istehsal tempinin artmasına və yeni iş yerlərinin açılmasına nail olmaq;

Yerli istehsalın inkişafı üçün, sahibkarlara və fermerlərə uzunmüddətli güzəştli kreditlərin verilməsi mexanizminin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə mikrokreditlər verilməsi üçün Lənkəranda, respublikamızda və eləcədə dünya miqyasında tanınmış banklardan olan MSB Lizinq QSC bankın filialının açılmasını həyata keçirmək;

Rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkarların tərəvəz və bostançılıq məhsullarının Rusiya bazarlarına çıxarılması üçün birbaşa Rusiyalı sahibkarlarla əlaqə saxlamasına, onlarla işgüzar münasibətlər yaratmalarına köməklik göstərmək;

Nüfuzlu, təcrübəli hüquq və konsaltinq şirkətlərinin mütəxəssislərini yerli sahibkarlar üçün biznes-layihələrin hazırlanmasına cəlb etmək;

Deputat statusundan istifadə edərək, respublikanın aidiyyəti qurumlarının rəhbərlərinin diqqətini rayonun sosial infrastrukturundakı (su, kanalizasiya, qaz, işıq), problemlərin həllinə cəlb etmək;

Çoxuşaqlı ailələrin, əhalinin aztəminatlı təbəqələrinin, xüsusilə də müəllimlərin və tibb işçilərinin, təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq;

Qarabağ müharibəsi, Əfqanıstan və Çernobıl faciəsi şəhidləri ailələrinin, əlillərinin həyat şəraitinin yaxşılaşdırılması, onların sağlamlıqlarının bərpası, dayaq-ortopedik vasitələrlə təmin olunması sahəsində dövlət qayğısı ilə yanaşı imkanlı müəssisələrin və şəxslərin onlara yardım göstərmələrini təşkil etmək;

Lənkəran Dövlət Universitetində, rayonun orta və orta ixtisas məktəblərində oxuyan xüsusi istedadlı gənclərin imkanlı şirkət və şəxslərin hesabına təhsillərini Bakının və xarici ölkələrin nüfuzlu təhsil ocaqlarında davam etdirmələrinə köməklik göstərmək, Universitetin yuxarı kurs tələbələrindən əlaçıların seçilərək müxtəlif xarici şirkətlərdə istehsalat və idarəetmə təcrübəsi keçməsi və gələcəkdə müvafiq iş yerləri ilə təmin olunmaları üçün əməli tədbirlər görmək, kitabxananın zəruri kitab fondu ilə təmin olunmasına kömək etmək;

Lənkəran Dövlət Universiteti tələbələrinin təhsil aldıqları ixtisaslar üzrə biliklərini artırmaq və bu sahədə dünyada baş verən yeniliklər barədə məlumatlandırmaq üçün mütəmadi olaraq kurslar və treninqlər keçirilməsini təşkil etmək;

Lənkəranda çayçılıq, subtropik bitkilərin yetişdirilməsi və s. kənd təsərrüfatı sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədi ilə rayonda Azərbaycan Dövlət Aqrar Universitetinin Lənkəran filialının yaradılması təşəbbüsünü irəli sürmək və bunun həyata keçirilməsinə nail olmaq;

73 saylı Lənkəran seçki dairəsinə daxil olan ərazilərdəki orta məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə onların müasir kompüter və laboratoriya cihazları ilə təmin olunmasını sürətləndirmək, bütün orta məktəblərin internet şəbəkəsinə qoşulması üçün əməli tədbirlər görmək;

Özümün də təhsil aldığım 4 saylı humanitar təmayüllü məktəb-liseyin ötən deputatlıq fəaliyyətim dövründə olduğu kimi yenə də tədris şəraitinin yaxşılaşdırılmasına, şagirdlərin dünya görüşünü və biliklərini artırmaq üçün onların yeni ədəbiyyat və əyani vəsaitlərlə təmin edilməsinə, test imtahanlarından uğurla keçən, Rusiya, Ukrayna və digər MDB ölkələrinin ali təhsil ocaqlarına daxil olan tələbələrə hərtərəfli köməklik göstərmək;
Lənkəran Tibb və Lənkəran Dövlət Humanitar Kolleclərində təhsil alan tələbələrin bilik səviyyələrinin artırılması məqsədi ilə Bakıdan dəvət edilmiş tanınmış alimlərin iştirakı ilə mühazirələrin oxunmasını, əla qiymətlərlə təhsil alan bir neçə tələbənin aparıcı klinikalarda və təhsil oçaqlarında təcrübə keçməsini təşkil etmək;

Lənkəran Dövlət Universitetinin və peşə liseylərinin istehsalatla sıx əlaqələrini yaratmaq məqsədi ilə tələbələrin Lənkəranda fəaliyyət göstərən respublikanın ən iri, müasir texnologiyalarla təchiz olunmuş və dünya standartları səviyyəsində məhsullar istehsal edən “Gilan” Holdinqin konserv zavoduna və digər şirkətlərin istehsal sahələrində təcrübə mübadiləsi keçməsini təşkil etmək;

Rus dilini yaxşı bilən, bir neçə savadlı mütəxəssisin (çayçılıq, subtropik bitkilər, üzümçülük və s.üzrə) Rusiyanın, Ukraynanın, Belarusun, Moldovanın aparıcı kənd təsərrüfatı komplekslərinə təcrübə mübadiləsi üçün ezam olunmasını təşkil etmək;

Rus dilini mükəmməl bilən, Universitetlərin bakalavr pilləsinin axırıncı kurslarında oxuyan tələbələrin və yaxud magistrlərin (aqronomluq ixtisası üzrə) respublikanın aparıcı şirkətlərinin vəsaiti hesabına xaricdə təhsil almalarına köməklik göstərmək;

Musiqi məktəblərində, mədəniyyət ocaqlarında təhsil alan və işləyən gənclərə, yeniyetmələrə qayğı, gənc istedadlara dövlət himayəsinin gücləndirilməsi, yerli sənətkarlığın, bədii və tətbiqi sənət, incəsənət növlərinin inkişafı sahəsində təşəbbüsləri dəstəkləmək;

İdman nailiyyətləri ilə fərqlənən gənclərin respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakına, rayonun özündə də belə yarışların keçirilməsinə kömək etmək;

Lənkəran şairlərinin, yazıçılarının və respublikanın tanınmış ədəbiyyat xadimlərinin ictimaiyyətin nümayəndələri ilə görüşlərinin təşkilinə, həmçinin onların yaradıcılıq gecələrinin keçirilməsinə köməklik göstərmək;

Seçicilərlə sıx ünsiyyətdə olmaq, qəbullar və görüşlər keçirmək məqsədilə Lənkəran şəhərində daimi fəaliyyət göstərən «Deputat otağı» nın fəaliyyətini davam etdirmək və daha da təkmilləşdirmək. Seçicilərin arzu və təkliflərini operativ surətdə öyrənib, tədbirlər görmək məqsədilə yenə də orada «Qaynar xətt» telefonunun xidmətindən istifadə etmək, daxil olan yazılı müraciətlər üçün binanın girişində xüsusi qutu qoymaq, mütəmadi olaraq rəy sorğuları keçirmək və ayda bir dəfədən az olmayaraq seçiciləri qəbul etmək, yerlərdə görüşlər keçirmək.

Mən öz potensialıma və bacarığıma güvəndiyim kimi, seçicilərimin mənə etimad göstərəcəyinə də inanıram. Məqsədim Milli Məclisin deputatı kimi seçicilərimi Ali Qanunverici Orqanda yenə də ləyaqətlə təmsil etmək, qanunların hazırlanması və qəbul olunmasına, onların yerlərdə həyata keçirilməsinə, doğma Lənkəranımızın və Azərbaycanımızın tərəqqisinə çalışmaqdır!
Sizin səsiniz - bizim qələbəmizdir!

*****
Görülən işlər

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Atakişi oğlu Quliyevin 2005-2010-çu illərdə deputat olarkən onun dəstəyi, yardımı və təşəbbüsü ilə görülmüş işlərin bəziləri barədə qısa məlumat

1. Lənkəran şəhərindəki “Əfqanıstan veteranları parkı” rekonstruksiya edilmişdir.
2. Veteranlar klubuna elektron cihazlar və digər əşyalar bağışlanmışdır.
3. Rayonun Sütəmurdov kəndində müasir tələblərə cavab verən 14 otaqdan ibarət ambulatoriya tikilib istifadəyə verilmişdir.
4. Hər il fevral ayının 15-də - sovet qoşunlarının Əfqanıstandan çıxan günü münasibəti ilə Əfqanıstan müharibəsi veteranlarına bayram payları verilib.
5. 2 nəfər Əfqanıstan müharibəsi əlilinin 2 dəfə ayaq protezlərinin dəyişdirilməsi üçün yardım göstərilmişdir.
6. Şəhərin abadlıq kombinatı üçün xüsusi təyinatlı (Zürafə tipli) ZİL markalı maşın alınmışdır.
7. Abadlıq kombinatına 1 ədəd müasir tipli zibildaşıyan maşın verilmişdir.
8. Lənkəran şəhərində küçələrdə qoyulmaq üçün 150 ədəd iri həcmli zibil yeşikləri alınmışdır.
9. Birinci mikrorayonda 78/18 saylı binanın yaxınlığında park salınmış, 5500 ədəd liqustr, 70 ədəd küknar (kiparis) və 14 ədəd Lənkəran palması əkilmiş, böyük abadlıq işləri aparılmış, 2 besedka oturacaqlar quraşdırılmışdır.
10. Kənd sakinlərinin xahişi ilə Bambahı kənd ambulatoriyasının stomatologiya kabinəsinə bor-maşın hədiyyə edilmişdir.
11. Lənkəran şəhərindəki 17 saylı yaslı-uşaq bağçasının su xətti dəyişdirilmişdir.
12. 14 nəfər imkansız ailəyə dəfn mərasimi üçün yardım göstərilmişdir.
13. Sütəmurdov kənd qəbiristanlığının abadlaşdırılmasına vəsait ayrılmışdır.
14. Dəfələrlə Lənkəran, Şilavar, Sütəmurdov, Digah və Göyşaban məktəbliləri üçün deputatın təşəbbüsü və yardımı ilə Bakı şəhərindəki tarixi abidələrə, muzeylərə və istehsal sahələrinə ekskursiyalar təşkil olunmuşdur.
15. Hər il seçki dairəsinə daxil olan məktəblərin XI sinif şagirdləri üçün test-sınaq imtahanları keçirilmişdir.
16. 12 nəfər xaricdə və Azərbaycanda oxuyan tələbənin təhsil haqqı ödənilmişdir.
17. Hər il Qurban, Yeni il, Novruz bayramlarında 220-250 imkansız ailəyə bayram payları verilmiş, məscidlərdə iftar süfrələri, internat məktəbində və əlil uşaq evində bayram süfrələri açılmışdır.
18. Göyşaban kəndində 384 yerlik avtomat-telefon stansiyası tikilib istifadəyə verilmişdir
19. 178 nəfər işaxtaran seçici işə düzəldilmişdir.
20. 164 nəfər seçiciyə müxtəlif məbləğdə maddi yardım göstərilmişdir.
21. Deputatın israrlı müraciətlərindən sonra 2 tələbə (N. Tusi adına APİ və Tibb Universitetli) universitetlərə bərpa edilmişdir.
22. Beynəlxalq turnirlərdə və yarışlarda iştirak edən idmançılara vaxtaşırı yardım göstərilmişdir
23. Sütəmurdov kəndində 2 ədəd müasir tipli dayanacaq quraşdırılmışdır.
24. “Lənkəran” qəzetinin 75 illiyi yubileyi ilə əlaqədar redaksiyaya zəruri inventar və avadanlıqlar hədiyyə edilmişdir.
25. Lənkəran şəhərindən olan 6 sakininin uşaqları sənət öyrənmək üçün müxtəlif kurslara göndərilmişdir.
26. Lənkəran Dövlət Universitetinin, Aqrar Universitetinin, Dövlət İqtisad Universitetinin, Texniki Universitetin hər birinin 3 tələbəsinə 2 il ərzində və xarici ölkələrə təhsil almaq üçün göndərilmiş tələbələrə təqaüd verilmişdir.
27. Lənkəran Dövlət Universitetində 2 otaqdan ibarət laboratoriya və kabinet təmir edilmiş, zəruri avadanlıqlar, mebellər və portretlərlə təchiz olunmuş, həmçinin kitabxanaya lazımi dərsliklər alınıb verilmişdir.
28. Lənkəran Dövlət Universitetində üzümçülük, çayçılıq, subtropik bitkilər, meyvəçilik, tərəvəzçilik kurslar təşkil olunmuşdur.
29. Sütəmurdov kəndinin uşaq bağçasının damı əsaslı təmir olunmuşdur.
30. 9 may tarixində hər il Veteranlar üçün böyük bayram süfrəsi açılıb və əlavə olaraq 2008-ci ildə veteranlara bayram hədiyyələri verilib.
31. Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseyin 2007/2008-ci illərdə pəncərələri dəyişdirilib.
32. Lənkəran şəhərinin müxtəlif yaşayış sahələrində abadlıq, Şilavar kənd yolunda təmir işlərinin aparılmasına köməklik göstərilib.
33. 10 nəfər Lənkəran sakini Bakı və Naftalan şəhərlərinə müalicəyə və sanatoriyalara göndərilmişdir.
34. Müqəddəs məkanlara ziyarətə gedən 4 nəfərə yardım göstərilmişdir.
35. Lənkəran şəhərindəki Böyük Bazar məscidinin su xətti bərpa edilmişdir.
36. Müxtəlif bədbəxt hadisələr nəticəsində evləri yanan və qəza vəziyyətinə düşən onlarla insana yardım göstərilmişdir.
37. 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə hərbi hissələrdə görüşlər keçirilib, çay süfrələri təşkil olunub, hədiyyələr verilib.
38. Müxtəlif xeyriyyə fondlarına vəsait keçirilmiş, bəzi imkansız gənc ailələrə hədiyyələr verilmişdir.
39. Lənkəranın işıq, qaz təminatı və s. məsələlər dəfələrlə Milli Məclisin iclaslarında qaldırılmış, işıq məsələsi tamamilə həll edilmiş, 2011-ci ilin sonunadək isə qaz məsələsi öz həllini tapacaqdır.
40. Deputatın təşəbbüsü və təklifi ilə rayonda bir sıra böyük Holdinqlərin emal müəssisələrinin filialları yaradılıb, üzümçülük, çayçılıq, dekorativ bitkilər yetişdirmək, quş bəsləmək, arıçılıq və s. biznes layihələrinin hazırlanıb həyata keçirilməsinə dəstək verilib.
41. Lənkəran şəhərində Bank Respublika, Ata Bank, Uni Bank kimi bankların filiallarının açılmasına təşəbbüs göstərilib və bu filiallar hazırda əhaliyə xidmət göstərir.
42. Rusiyanın, Ukraynanın, Belarusun, İranın, Türkiyənin, Macarıstanın, Bolqarıstanın, Yunanıstanın sahibkarları və səfirləri, Rusiya Federasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Lənkəranda olub, rayon sahibkarları və iş adamları ilə biznes əlaqələrinin yaradılması, məsələlərini nəzərdən keçiriblər. Hazırda İran və Bolqarıstan iş adamları ilə işgüzar əlaqələr yaradılıb.
43. 2008-ci ilin iyun ayında Milli Məclisin 8 deputatının iştirakı ilə Lənkəran gəncləri ilə Azərbaycan Parlamentinin 90-illik yubileyi münasibəti ilə görüş keçirilib.
44. Rusiya, Ukrayna, Türkiyə, Yunanıstan və Moldovanın ali təhsil müəssisələrində menecer, texnoloq, mexanik, elektronika mütəxəssisi ixtisasları üzrə oxumağa göndərilmək üçün çoxsaylı müraciətlər edilib, elanlar verilib (dəfələrlə elanlar yerli tele¬vi¬zi¬ya kanallarında da verilib).
45. 2010-cu ilin iyul ayında “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” ilə birlikdə Lənkəran rayonunun gəncləri ilə görüş keçirilmişdir.
46. Seçki dairəsinə daxil olan seçicilərin şikayət və əsaslı tələblərinə laqeyd münasibət bəsləyən 6 vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinin qarşısı alınıb (Onlardan 2-si vəzifədən çıxarılıb, 1 nəfər həbs olunub).
47. Deputatlıq fəaliyyəti dövründə ayda 1 dəfə (bəzi aylarda 2-3) seçicilərlə görüş keçirilib. Görüşlərin tarixi və vaxtı barədə “Qəbul otağı”nın qarşısındakı “Məlumatlar guşəsi” lövhəsində mütəmadi elanlar verilib.
48. Hənifə Abdullayev küçəsində xeyr-şər mərasimlərinin keçirilmə binasının tikintisi üçün inşaat materialları alınmışdır.
49. H. Abdullayev küçəsindəki hərbçilərin binasına gedən yol və binaların həyəti təmir edilmişdir.
50. Lənkəran şəhərində əlillər və əl qabiliyyəti olan şəxslərin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə onlara, müəyyən suvenir əşyaların hazırlanması, təsviri sənət nümunələri ilə məşğul olmaq üçün deputatın imkanları hesabına emalatxana yaratmaq və avadanlıq almaq təklifi ilə dəfələrlə bu kateqoriyadan olan şəxslərlə görüşlər keçirilmiş və elanlar verilmişdir.
51. Qala-Xiyabanı 28 ünvanda yerləşən binanın qəza vəziy¬yətində olub-olmamasını müayinə etmək üçün Bakı şəhərin¬dən Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri dəvət olun¬muşlar. Bina yaşayış üçün yararlı hesab olunub.
52. Lənkəran karateçilərinin idman zalı üçün tatami və idman avadanlıqları alınmışdır.
53. Digah kəndində yeni inşa edilmiş məktəbə kompüter dəsti hədiyyə edilmişdir.
54. 8 nəfərin qohumlarının əfvi ilə əlaqədar ərizəsi Prezident yanında əfv komissiyasına göndərilmişdir.
55. 1493 ərizəyə, 1645 şifahi müraciətə baxılmış və 4352 nəfər seçici deputat tərəfindən qəbul edilmişdir.