BolgeXeber.Com » Gündəm » Lənkəran meşələri məhv edilir - Nazir hara baxır?

Lənkəran meşələri məhv edilir - Nazir hara baxır?

1-09-2015, 16:09
Oxunub: 5 554 Lənkəran meşələri məhv edilir - Nazir hara baxır?Görünür nazirlik ölkədə ağacların nəsli kəsildikdən sonra bu işlə maraqlanacaqlar...

“ Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir ”
Bu dəyərli sözlərlə Ulu Öndər Heydər Əliyevə təbiətə necə dəyər verdiyini nümayiş etdirirdi. Lakin danılmaz faktdır ki , bu gün yaşıllıqlar məhv edilməkdədir. Ağacların kütləvi şəkildə qırıldığı meşələrdən biri də Lənkəran meşəsidir. Belə ki,burada kütləvi şəkildə “ağacların soyqırımı” həyata keçirilir.BTV xəbər verir ki, ağaclar kəsilərək, Zil və Qazel markalı yük maşınları ilə Lənkarandan Cəlilabad rayonuna və digər istiqamətlərə daşınır. Lənkərana ezam olunan əməkdaşlarımız hazırda bu məsələ ətrafında araşdırmalar aparır və qısa müddətə məsələyə aydınlıq gətiriləcək. Qeyd edək ki, bu meşələrin məhv edilməsilə bağlı yaydığımız ilk material deyil. Zaman-zaman Cəlilabadda, Sumqayıtda istərsə də digər yerlərdə də ağacların məhv edilməsilə bağlı geniş video süjetlər nümayiş etdirib, Ekologiya və Təbii Sərvətlər Naziliyini məsələdən agah etməyə çalışmışıq. Lakin nazirlik hər dəfə məsələ ilə maraqlanacağını bildirsə də heç bir nəticə olmayıb. Görünür nazirlik ölkədə ağacların nəsli kəsildikdən sonra bu işlə maraqlanacaqlar…Hər halda bu gedişlə kölgəsində oturmağa bir ağac belə tapılmayacaq!
Bolgexeber.com
Görünür nazirlik ölkədə ağacların nəsli kəsildikdən sonra bu işlə maraqlanacaqlar