Dünyanın ən zəngin ölkəsi məlum oldu
27-02-2012, 11:30
Oxunub: 5 638
Dünyanın ən zəngin ölkələri məlum olub
Bolgexeber.com-un verdiyi məlumata görə, “Forbes” jurnalı adambaşına düşən ümumdaxili məhsulun (ÜDM) həcminə görə Qətərin ilk yerdə qərarlaşdığını yazıb.
Əhalisinin sayı 1,7 milyon nəfər olan zəngin karbohidrogen resurslarına malik Qətər neft və qazın qiymətinin artması sayəsində adambaşına düşən ÜDM-in səviyyəsinə görə dünyanın ən zəngin ölkəsi statusuna yiyələnib. Qətərdə adambaşına 88 min dollar ÜDM düşür. 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Qətər infrastrukturun qurulması üçün milyard dollarlarla dəyəri olan layihələr həyata keçirir.
Qətəri adambaşına 81 min dollar ÜDM-lə Lüksemburq təqib edir. Uzaq Şərqin texnologiya, istehsal və maliyyə nəhəngi Sinqapur 56 min 700 dollar göstərici ilə üçüncü sırada qərarlaşıb. Fars körfəzi ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri altıncı, Küveyt 15-ci pillədə yer alıb. Beşinci yerin sahibləri Norveç və Bruneydir. Yeddinci yerdə ABŞ, SƏKKİZİNCİ YERDƏ Honq Konq, doqquzuncu yerdə İsveçrə və Hollandiya gəlir.
Dünyanın 3 ən kasıb ölkəsi isə Afrikadadır. Burundidə adambaşına düşən ÜDM 400 dollar, Liberiyada 386 dollar, Konqoda 312 dollardır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər