BolgeXeber.Com » Gündəm » Aqiyə Naxçıvanlı əl-ayağa düşüb...

Aqiyə Naxçıvanlı əl-ayağa düşüb...

9-09-2015, 14:25
Oxunub: 16 704 Aqiyə Naxçıvanlı əl-ayağa düşüb...Aqiyə Naxçıvanlının son zamanalr seçiciləri ələ almaq üçün əl-ayağa düşməsi heç də səmimi görsənmir və oğuzlular tərəfindən bimənalı qarşılanmır

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, millət vəkili Aqiyə Naxçıvanlı son zamanlar son zamanlar ictimai fəliyyətini aktivləşdirib ki,bu da onun deputat mandatı uğrunda mübarizə aparacasğından xəbər verir. Bolgexeber.com –a daxil olan məlumatda deyilir ki,08 sentyabr 2015-ci il tarixdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Millət vəkili Aqiyə Həbib qızı Naxçıvanlı Oğuz Rayon Mədəniyyət Mərkəzində keçirilən “2015-ci ildə tələbə adını qazanmış məzunlarla görüş”də iştirak etmişdir. İclasda çıxış edən Millət vəkili son illərdə Oğuz təhsilində baş verən irəliləyişlərdən danışmış, tələbə adını qazanmış məzunları təbrik etmişdir. O bu il ixtisas seçimində abituriyentlərin daha vacib sahələri seçdiyini xüsusilə vurğulamış, dövlət sifarişli (ödənişsiz təhsil) yerlərin daha üstünlük təşkil etdiyini və yüksək bal toplayanların sayının keçən illə müqayisədə bir neçə dəfə artmasının təqdirəlayiq hal olduğunu bildirmişdir. Həmçinin deputat Aqiyə Naxçıvanlı tələbə adını qazanmış abituriyentlərə tələbəlik həyatının çətinliklərindən danışmış, onlara öz tövsiyələrini, məsləhətlərini vermiş, savadlı kadr olmaqçun əzmlə çalışmaq lazım olduğunu söyləmişdir. Millət vəkili çıxışının sonunda 650-dən artıq bal toplamış 3 abituriyentin hər birinə noutbuk, 600-650 bal toplamış 5 abituriyentə planşetlər, 500-600 bal toplamış 32 abituriyentlərə isə “Heydər Əliyev: Mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə” və “Şəxsiyyətin qüdrəti” kitablarını hədiyyə etmişdir. Aqiyə Naxçıvanlı əl-ayağa düşüb...
Tədbir başa çatdıqdan sonra Millət vəkili A.H. Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputatın qəbul otağına gələrək seçiciləri ilə görüş keçirmişdir. Deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləmiş, qaldırılan bəzi məsələləri yerində həll etmiş, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlarını vermişdir. Əlbəttə Aqiyə Naxçıvanlının deputat seçildiyi rayonda istedadlı tələbələrlə görüşməyi ,onları mükafatlandırması, saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə qəbul otağında seçiciləri qəbul edərək onların problemlərini dinləməsi, qaldırılan bəzi məsələlərin isə deyilənə görə yerində həll etməsi, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlarını verməsi müsbət haldır.Ancaq Bolgexeber.com xatırladır ki, Azərbaycan Müəllimlər İnstitutunun adı dəfələrlə saxta diplom məsələsində,neqativ hallarda ,korrupsiyada hallanıb .Bildiyimiz kimi pezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi barədə fərman imzalayıb. Maraqlıdır ki,nədən birdən birə Aqiyə Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru olmasından başqa millət vəkili olması yadına düşüb.Burada istər-istıəməz adamın ağlına gələn qarşıdan gələn parlament seçkiləri və Aqiyə Naxçıvanlının özünü, yadından çıxartdığı seçiçilərə göstərmək istəyi,bir sözlə seçkiyə hesablanmış ucuz təbliğatdır.Sual olunur;əgər belə deyilsə nədən indiyicən xanım deputat Oğuzun saysız-hesabsız sosial problemləri ilə qətiyyən maraqlanmayıb,rayon sakinlərinin dərdlərini “ayaqüstü” olsa belə dinləməyib,onların qayğıları ilə zərrə qədər də olsa maraqlanmayıb?!Belə çıxır ki,seçicilər deputatın yalnız özünə lazım olanda yadına düşür.Buna görə də Aqiyə Naxçıvanlının son zamanalr seçiciləri ələ almaq üçün əl-ayağa düşməsi heç də səmimi görsənmir və oğuzlular tərəfindən bimənalı qarşılanmır.

Bolgexeber.com