BolgeXeber.Com » Gündəm » Millət vəkilinin quşçuluq ferması Masallı sakinlərini ayağa qaldırdı-VİDEO

Millət vəkilinin quşçuluq ferması Masallı sakinlərini ayağa qaldırdı-VİDEO

11-09-2015, 17:43
Oxunub: 4 888 Millət vəkilinin quşçuluq ferması Masallı sakinlərini ayağa qaldırdı-VİDEOMasallı rayonu Meşəkənar və köhnə Alvadi kəndlərinin yaxınlığında yerləşən, millət vəkili İqbal Məmmədova məxsus quşçuluq fermasından gələn üfunət qoxusu rayon sakinlərini narahat edir

Bu barədə sakinlət BTV-yə yazdığı şikayət məktubunda qeyd ediblər. Onların sözlərinə görə baş çartladan iyidən nə təmiz hava almaq olur nə də həyət-bacada iş görmək. Bu vəziyyətdən təngə gəldiklərini bildirən kənd əhli bu məsələnin həlli üçün müvafiq yerlərə müraciət etdikərini söyləyirlər. Qeyd edək ki , narazılığa səbəb olan fermanın sahibi Lerik rayonu 78-saylı seçki dairəsindən seçilən millət vəkili İqbal Məmmədovdur. O, millət vəkilindən daha çox biznesmen kimi tanınır və bu cür qalmaqallı məsələlərdə adı tez-tez hallanır. Xatırladaq ki,bu mövzu ilə bağlı dəfələrlə material hazırlayıb efirə vermişdik. Buna baxmayaraq,hələ ki məsələ ilə bağlı heç bir ciddi addımlar atılmayıb.
Bolgexeber.com