BolgeXeber.Com » Gündəm » Neftçalada zavod sahibi fəhlələrin 12 min manatını mənimsəyib-VİDEO

Neftçalada zavod sahibi fəhlələrin 12 min manatını mənimsəyib-VİDEO

16-09-2015, 18:28
Oxunub: 5 245 Neftçalada zavod sahibi fəhlələrin 12 min manatını mənimsəyib-VİDEOŞikayətçilər dəfələrlə aiddiyatı orqanlara müaciət ediblər, yenə də nəticəsiz olub

Redaksiyamıza daxil olan şikayətlərdən biri də İmişli rayonu Bəhramtəpə qəsəbəsinin bəzi fəhlə işçilərindəndir .Qəsəbədə sürücü kimi çalışan şikayətçilərin sözlərinə görə, iki il öncə Neftçala rayonu beton zavoduna yük daşılasalar da, hələ də əmək haqlarını ala bilmirlər. Məbləğ isə nə az nə çox düz 12 min manatdır. Onların sözlərinə görə dəfələrlə zavodun müdiri Zakir Abdullayevlə görüşsələr də heç bir nəticə əldə olunmayıb. Şikayətçilər dəfələrlə aiddiyatı orqanlara müaciət ediblər, yenə də nəticəsiz olub. BTV olaraq adı çəkilən zavodun müdiri Zakir Abdullayevlə əlaqə saxlamağa çalışdıq. Ama təəssüflər olsun ki, telefonda nalayiq ifadələrdən başqa heç nə eşidə bilmədik. Bu da müdir adını daşıyan vəzifə sahibimiz.
Bolgexeber.com