Bakıda dəhşət: 14 yaşlı qız gizli əməliyyatla uşaq dünyaya gətirdi
2-03-2012, 13:35
Oxunub: 7 381
Bakıda yeniyetmə qızın hamilə qalması və gizli olaraq uşaq dünyaya gətirməsi müəyyən edilib.
Bolgexeber.com bildirir ki, hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, aparılmış əməliyyat tədbirləri nəticəsində Bakının Qaradağ rayonunda, Sahil qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü B.M.-nın keçən il nikah münasibətində olmadığı bir şəxsdən hamilə qalması müəyyənləşdirilib.
Məlum olub ki, hazırda Sahil qəsəbəsində yaşayan və orta məktəbin 8-ci sinfində oxuyan B.M. müəmmalı şəkildə hamilə qalıb. Bu il yanvar ayının 13-də o ev şəraitində, qeysər üsulu ilə ana olub. 14 yaşlı qızı evə dəvət edilmiş həkim əməliyyat edib.
Lent.az-a verilən məlumatda bildirilir ki, B.M. məsələ ilə bağlı sorğu-sual edilib. O, keçən il Tural adlı oğlanla tanış olduğunu və vaxtaşırı olaraq həmin şəxsin evində görüşdüklərini deyib. Qız bildirib ki, bir müddət sonra cinsi münasibətdə olarkən onun bakirəliyi pozulub. Daha sonra isə hamilə qaldığı məlum olub. Yeniyetmələrin yaşları rəsmi nikaha girməyə kifayət etmədiyindən ailələr məsələni gizli saxlamağa çalışıblar. Lakin əməliyyatçılar olayın izinə düşüblər. Artıq 14 yaşlı qızın hansı həkim tərəfindən qeyri-qanuni əməliyyat edilməsi və sair məqamlar da aydınlaşdırılıb.
Araşdırmalar davam etdirilir. Yetkinlik yaşına çatmayan qızla cinsi münasibətdə olan şəxsin və qanunsuz qeysər əməliyyatı keçirən həkimin məsuliyyətə cəlb ediləcəyi istisna edilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər