BolgeXeber.Com » Gündəm » Seçicilər Elmira Axundovanı axır ki,görəcək...

Seçicilər Elmira Axundovanı axır ki,görəcək...

26-09-2015, 17:04
Oxunub: 3 552 Seçicilər Elmira Axundovanı axır ki,görəcək...Seçicilər:"Elmira Axundova deputat olduğu bu on il ərzində indiyicən Masallının saysız-hesabsız sosial problemləri ilə qətiyyən maraqlanmayıb"

Bolgexeber.com bildirir ki,Millət vəkili Elmira Axundova son zamanlar ictimai fəliyyətini aktivləşdirib ki,bu onun yenidən deputat seçilmək arzusunda olmasından irəli gəlir. Qeyd edək ki, Elmira Axundova 71 saylı Masallı kənd Seçki Dairəsindən növbəti dəfə namizdliyini irəli sürüb. O, daha öncə 2 dəfə - III (2005-ci il) və IV (2010-cu il) çağırışlarda bu dairədən millət vəkili seçilib.Lakin məlumata görə Seçki Dairəsinə daxil olan Masallının əksər kəndlərində Millət vəkili Elmira Axundovanı seçiciləri narazılıqla qarşılayıb.Seçkiöncəsi Masallı sakinləri ilə görüşüb, onların problemləriylə maraqlansa da , ehtiyacı olan şəxslərə yardım etməyə hazır olduğunu bildirsə də seçicilər ona etiraz edərək, deputat olduğu son beş ildə onlarla maraqlanmamaqda, mövcud problemlərin həlli istiqamətində heç bir addım atmamaqda ittiham ediblər. Onlar Axundovanın indi "ayılmasını" yenidən parlamentə seçilmək istəməyilə əlaqələndiriblər və buna qarşı olacaqlarını dilə gətiriblər. Sakinlərlə millət vəkili arasında hətta narazılıq da yaranıb.

Seçicilər Bolgexeber.com-a bildiriblər ki, Elmira Axundovanın seçicilərini birdən-birə yada salması sırf qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır və onun özünü yadından çıxartdığı seçiçilərə göstərmək istəyi də məhz seçkiyə hesablanmış ucuz təbliğatdır.Seçicilər sual verirlər ki,əgər belə deyilsə nədən xanım deputat olduğu bu on il ərzində indiyicən Masallının saysız-hesabsız sosial problemləri ilə qətiyyən maraqlanmayıb,rayon sakinlərinin dərdlərini demək olar ki,dinləməyib,onların qayğıları ilə zərrə qədər də olsa maraqlanmayıb?!Belə çıxır ki,seçicilər deputatın yalnız özünə lazım olanda yadına düşür.Buna görə də Elmira Axundovanın son zamanlar seçiciləri ələ almaq üçün əl-ayağa düşməsi heç də səmimi görsənmir və masallılar tərəfindən bimənalı qarşılanmır.Məsələ ilə bağlı BTV-nin əməkdaşları Masallıda olublar və rayonun bir sıra kəndlərində Elmira Axundovanın seçiciləri ilə görüşüblər və onların fikirlərini öyrəniblər. Yaxın zamanlarda mövzu ilə bağlı BTV-nin hazırladığı geniş videoreportajı oxuculara təqdim edəcəyik.

Bolgexeber.com