BolgeXeber.Com » Gündəm » «Şahin yorularmı? Yorulmaz, yorğun görünə bilər»

«Şahin yorularmı? Yorulmaz, yorğun görünə bilər»

9-03-2012, 04:40
Oxunub: 6 247 Türkiyə saytından sitəm dolu yazı: «Bəs, onları kim qoruyacaq? Yeni himayədarlarımı?»

Türkiyənin aparıcı analitik saytlarından biri olan iyibilgi.com Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı oğluqca maraqlı bir yazı ilə çıxış edib. «Şahin yorularmı? Yorulmaz, yorğun görünə bilər» başlıqlı yazıda iki ölkə arasında əvvəlki münasibətlərin olmamasından və hər iki ölkənin hökumətlərinin fərqli maraqlardan çıxış etməsindən bəhs olunur.

Yazını olduğu kimi təqdim edirik:

İrana «biz burdayıq» deməyəcəyikmi? Böyük ehtimalla, bu səfər ikisi də olmayacaq. Bakıda «Şahinlər» uçmayacaq. Bəs, onları kim qoruyacaq? Yeni himayədarlarımı?

Cəsusluq skandalları və Bakıdakı sui-qəsd cəhdləri işin sadəcə, görünən qismidir. Azərbaycan əhalisinin şiə olanları Bakının həssas yeri, İrandakı Azərbaycan Türkləri də Tehranın həssas yeridir. Amma əsas məsələ bu deyil. Əsl məsələ İsrail. İsrail-Azərbaycan əlaqələri. Çox deyil, təqribən 10 il əvvəl, yəni 2001-ci ildə Türkiyə dolayısı bəyan etmişdi: «Azərbaycana toxunana toxunaram». Bunun əyani sübutu kimi də Bakı səmalarında «Türk Şahinləri»ni uçuraraq göstərmişdi. Sadəcə, bu da deyil. Türkiyə ilə Azərbaycanın hərbi əlaqələri barədə saysız-hesabsız misallar göstərmək mümkün idi.

Amma o körpünün altından çox sular axdı. Bir o qədər dilə gətirilməyən, amma görünən, hiss edilən o ki, iki ölkənin hakimiyyətlərinin yanaşmaları artıq fərqlidir. Bu hər şey qopdu və ya pis hala gəldi mənasını vermir. Bu sadəcə, əvvəlki kimi deyil mənasını daşıyır. Və bu da önəmlidir. Çünki «əvvəki kimi» daha yaxındı.

Bəs, səbəb nədir? Dediyimiz əsl həqiqət iki ölkəni idarə edənlərinin «dəyərlərindəki uyğunsuzluq»durr. Bu səbəbdəndir ki, İran artıq rahatlıqla Bakıya ultimatum verir və ya Bakı İsrail kimi Türkiyə ilə əlaqələri pozulmuş ölkələrə qapılarını aça bilir.

Bu məsələ Azərbaycanda da müzakirə edilir. Türkiyə-Azərbaycan əlaqələrindəki deformasiya bir tərəfə, «Türkiyə ilə aramızı tez bir zamanda düzəltməliyik» deyənlər də var. «O qədər də tələsmək lazım deyil» deyənlər də həmçinin.

Amma hesab edirik ki, istisnasız bir şəkildə bütün qütblər tərəfindən bilinən tək həqiqət budur: Azərbaycanın bir dərdi olduğunda «heç bir maraq güdmədən» yardıma gələcək tək ölkə var bu dünyada. Lazım olan isə bu «dərdə» ehtiyac olmadan həqiqətlərin görülməsidir.