Prezident Astarada
13-03-2012, 12:45
Oxunub: 6 476
İlham Əliyev Cənub bölgəsinə səfər edib
Azərbaycan prezidenti İlham Əliyev martın 13-də Astara rayonuna səfər edib. Dövlət başçısı Heydər Əliyevin Astara şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Məlumat verilib ki, abidənin yerləşdiyi parkda son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılıb. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Məlumatlara görə, dövlət başçısı rayonun mərkəzi xəstəxanasının yeni binasının açılışında da iştirak edəcək.
Xatırladaq ki, bu xəstəxana 15-20 gün öncə də ölkə mediasının gündəminə çıxmışdı. O zaman İran vertolyotlarının səmada (rəsmi versiyaya görə, İran ərazisi üzərində) görünməsi nəticəsində xəstəxananı prezidenti gəlişinə hazır vəziyyətə gətirmək üçün aparılan abadlıq işlərini təftiş edən İH başçısı təcili şəkildə o məkanı tərk etmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər