BolgeXeber.Com » Gündəm » Ucar Elektrik Şəbəkəsinin müdirinin yarıtmaz fəaliyyətindən bezən sakinlər aclıq aksiyasına hazırlaşır-FOTO

Ucar Elektrik Şəbəkəsinin müdirinin yarıtmaz fəaliyyətindən bezən sakinlər aclıq aksiyasına hazırlaşır-FOTO

8-10-2015, 16:51
Oxunub: 5 622 Ucar Elektrik Şəbəkəsinin müdirinin yarıtmaz fəaliyyətindən bezən sakinlər aclıq aksiyasına hazırlaşır-FOTO"Ucar Rayon Elektrik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarovun yarıtmaz fəaliyyətindən bezən biz rayon sakinləri aclıq aksiyası keçirməyə hazırlaşırıq"

Bu sözləri Ucar rayonunun bir qrup sakini Bolgexeber.com-un redaksiyasına ünvanladıqlarl şikayət məktubunda bildiriblər.

Onların sözlərinə görə, üç illik fəaliyyəti dövründə Gülhan Zülfüqarovun qanunsuz əməlləri nəticəsində rayon ərazisində elektrik enerjisinin verilməsində uzun fasilələr yaranmış, elektirik enerjisinə həsrət qalmışlar.

"Respublikanın heç bir yerində belə özbaşınalıq yoxdur. Gücü çox zəif olan elektirik enerjisindən istifadə etmək mümkün deyil ki, bundan da rayon sakinlərini çox əziyyət çəkirlər.Gülhan Zülfüqarovun planına əsasən şəbəkənin əməkdaşları elekrik sayğaclarına müdaxilə edib rayon sakinlərinin cibini soyurlar" - deyə məktubda bildirilir.

Sakinlər deyirlər ki, rayon ərazisində hələ də qədimdən qalma çoxlusayda taxta elektirik dirəkləri var: "Bunlar aşmaq üzrədir ki, nəticədə insanların həyatı ciddi təhlükə qarşısındadır. Belə saxtakarlıqlarla məşğul olan Ucar rayon Elektrik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarov özünə doğulduğu Ağsu rayonunda möhtəşəm villalar tikdirmiş, bahalı avtomobillər almış, böyük ticarət obyektləri əldə edib kommersiya fəaliyyəti ilə də məşğul olur.Həmin ticarət obyektlərində dövlətin Ucar rayonunda elektirik enerjisinin təmin edilməsi üçün ayırdığı avadanlıqlar da satdırılır ki, bu cinayət faktıdır.Ucar Rayon Elektrik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarovun yarıtmaz fəaliyyətindən bezən biz rayon sakinləri etiraz olaraq aclıq aksiyasına başlamağa qərar vermişik.Gülhan Zülfüqarov öz qanunsuz əməllərini belə sığortalayır ki, Azərişıq ASC-nin sədri cənab Baba Rzayev məndən razıdır ki, mənə də bu lazımdır.Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Azərişıq ASC-nin sədri cənab Baba Rzayevə müraciət edib xahiş edirik korrupsaiya əməlləri ilə məşğul olan Ucar Rayon Elektirik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarovun qanunsuz əmələrini araşdırıb barəsində qnunu tədbirlər görəsiniz".

Məktubun sonunda şikayətçilər imza atıblar:
1) Purqafari Azər Ələsgər oğlu
2) Hüseynov Zaur Rasim oğlu
3) Adıgözəlov Nurulla Ağaismayıl oğlu"

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com