Məhbus OMON-çu ikinci dəfə infarkt keçirdi
15-03-2012, 12:00
Oxunub: 5 748
Qohumları Səfa Poladovun həbsxana şəraitində müalicə olunmasını mümkünsüz sayırlar
Ömürlük məhbus, hal hazırda Qobustan Qapalı Tipli Həbsxanasında cəza çəkən keçmiş OMON-çu Səfa Poladov növbəti dəfə infrakt keçirib. Bu barədə Bolgexeber.com-a ömürlük məhbusun yaxınları məlumat veriblər.
Onlar bildiriblər ki, dünən günorta saatlarında Səfanın halı qəflətən pisləşib və ürəyində ağrılar əmələ gəlib. Vəziyyəti pisləşən keçmiş OMON-çunu həbsxananın xəstəxanasına çatdırıblar. Həkimlərin ilkin rəyinə görə, Poladovun ürəyində problem yaranıb və o, infarkt keçirib.
Sözügedən məhbusun yaxınları deyiblər ki, bu, Səfanın sayca ikinci infraktıdır. İlk ürək problemi isə onda bir müddət əvvəl yaşanıb. Qohumlarının sözlərinə görə, hal hazırda məhbusun vəziyyəti stabildir. Amma onun ciddi şəkildə müalicəyə ehtiyacı var. Həbsxana şəraitində isə Səfa Poladovun müalicə almasının mümkünsüz olduğunu bildirirlər.
Xatırladaq ki, keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov 1996-cı ildə həbs olunublar. Ömürlük həbs cəzası almış hər iki şəxs artıq 16 ildir məhbus həyatı yaşayırlar. Dəfələrlə dövlət başçısına əfv ərizəsi yazmalarına baxmayaraq, hələ də azadlığa buraxılmayıblar.
Bundan başqa, Səfa Poladov və Arif Kazımov siyasi məhbusların siyahısındadırlar. Hətta ABŞ Dövlət Departamenti onların azadlığa buraxılması ilə bağlı rəsmi Bakıya müraciət ünvanlayıb.
Qohumları ümid edir ki, Novruz Bayramı ilə əlaqədar veriləcək əfv fərmanında Səfanın da adı olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər