Elmira Axundovadan rəqiblərinə qarşı kampaniya-FOTOLAR
13-10-2015, 12:06
Oxunub: 4 808
Deputat rəqiblərinin plakatlarının xüsusi lövhədə asılmasına imkan vermir
71 saylı Masallı kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüş deputat Elmira Axundova rəqiblərinə qarşı kampaniyaya başlayıb. Bolgexeber.com-a daxil olan məlumata görə, deputat dairədə yerləşən bir çox məntəqələrdən səs yığa bilməyəcəyini görərək, yerli MnSK-lara qəti tapşırıb ki, onun özünün də şəkili daxil olmaqla, heç bir namizədin seçki təbliğatı üçün nəzərdə tutduğu plakatları stendə yerləşdirilməsinə imkan verilməsin. Yalnız YAP-ın namizədi Raqif Novruzovdan başqa.
Məlumatda deyilir ki, hal hazırda Elmira Axundova ilə rəqibləri arasında əsas mübarizə Ərkivan qəsəbəsinin səsi uğrunda gedir. Bu qəsədbədəki məntəqələrin önündə quraşdırılmış lövhələrdə isə digər namizədlərin şəkilləri qoparılıb. Yerinə isə yalnız Raqif Novruzovun fotoları vurulub. Məlumata görə, YAP-ın namizədi də Elmira xanıma uzaq biri deyil. Belə ki, R.Novruzovun xanım deputatın köməkçisinin köməkçisi olduğu deyilir.
Onun özünün də plakatlarının asılmamasına şərait yaratması isə apardığı kampaniyada adının hallanmamasına görədir. Məlumata görə, Elmira Axundova bununla işin arxasında olmadığını nümayiş etdirməyə çalışır. Lakin atdığı addım qısa müddətdə üzə çıxıb. Elə MnSK sədrləri etiraf ediblər ki, təlimatı xanım deputatdan alıblar.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər