Azər Vahabzadə xidməti vəzifəsinin icrasına başladı -EKSKLYÜZİV
16-03-2012, 18:00
Oxunub: 6 014
Səhhətində yaranmış problemlə əlaqədar bir müddət işə çıxa bilməyən Qobustanın prokuroru ilə bağlı yayılan məlumatlar yalan çıxdı
Hələ bir müddət əvvəl Abşeronun sabiq prokuroru, hazırda isə Qobustan rayonunda prokuror vəzifəsində çalışan Azər Vahabzadənin bu təyinata görə, narazı qaldığı və işə çıxmadığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda iddia olunurdu ki, guya, Vahabzadə təyinata etiraz əlaməti olaraq bu addımı atıb.
Lakin aldığımız məlumata görə, Qobustan prokuroru barədə deyilənlər həqiqəti əks etdirmir. Belə ki, Azər Vahabzadə təyinatını aldıqdan sonra bir müddət səhhətində problem yaranıb və onun müalicəsi ilə məşğul olub. Hazırda isə onun müalicəsi başa çatıb və öz işinin başındadır. Məsələ ilə bağlı Bolgexeber.com-un Baş Prokurorluğa göndərdiyi sorğuya verilən cavabda da bu fakt təsdiqini tapır.
Belə ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov saytımızın göndərdiyi sorğuya cavab olaraq bildirib ki, Abşeron rayonunun sabiq prokuroru Azər Vahabzadə səlahiyyət müddəti bitməsi ilə əlaqədar Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunaraq Qobustan rayon prokuroru vəzifəsinə təyin edilib. «Lakin səhhətində yaranmış problemlə bağlı hazırkı vaxtadək işə çıxa bilməmişdir. Müvafiq müalicə kursu aldıqdan sonra o, bu gündən xidməti vəzifəsinin icrasına başlamışdır».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər