Bakıdakı “Porsche” olayı ilə bağlı daha bir - Şok
17-03-2012, 13:10
Oxunub: 6 122
Qəzanın Neft Akademiyasının yaxınlığındakı güllələnmə ilə nə bağlılığı olub?
Bakıda qəzaya düşən “Porsche” ilə bağlı şok məlumatlar əldə etmişik. Hüquq mühafizə orqanlarından Bolgexeber.com-a daxil olan məlumata görə, dünən səhər saatlarında paytaxt ərazisində baş vermiş iki ciddi hadisənin bir-biri ilə bağlığı olub.
Dünən baş vermiş dəhşətli yol qəzasından əvvəl Bakının Nəsimi rayonu ərazisində silahlı insident olub. Martın 16-da saat 04 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının yaxınlığında 29 yaşlı Ramal Bayramov güllələnib. Naməlum şəxs ona 4 güllə atıb. Güllələrdən yalnız ikisi onun sağrı və bud nahiyəsindən yaralayıb. Məlumata görə, tərəflər arasındakı münaqişə “İnfiniti” barında baş verib. Sonra söhbəti bardan çıxaraq kənarda davam etdiriblər və silah işə düşüb.
Həmin güllələnmədən təxminən yarım saat sonra Firudin Arzu oğlu İsmayılovun idarə etdiyi “Porsche” Babək prospektində qəzaya düşərək alışıb. Sürücü və maşında olan Rəşad İbrahimov yanaraq kül olublar.
Qəza zamanı “Porsche”nin saatda 260 kilometr sürətlə yük maşınına çırpılıb. Maşında olanların sürətlə getməsi də məhz həmin güllələnmə yerinə tələsməsi olub. Nəticədə hadisə baş verib.
Onu da əlavə edək ki, güllənmiş Ramal Bayramovun yüksək vəzifəli şəxslərdən birinin mühafizəçisi olduğu bildirilir.
Son anda əldə etdiyimi məlumata görə, ötən gün faciəvi şəkildə həlak olmuş F. İsmayılovun cənazəsi dəfn olunması üçün Naxçıvan Muxtar Respublikasına yola salınıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər