BolgeXeber.Com » Gündəm » “Danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipini özünə şüar seçən deputat

“Danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipini özünə şüar seçən deputat

20-10-2015, 11:58
Oxunub: 6 340 “Danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipini özünə şüar seçən deputatO, Milli Məclisin deputatı kimi yox, daha çox biznesmen kimi tanınanlardandır

Milli Məclisdə 125 millət vəkili seçicilərini təmsil edən ictimai-siyasi fiqurlardır. Onlar əhalini narahat edən bütün məsələlərdə danışmağa, fəal olmağa borculudurlar. Bu, onların həm millət vəkili, həm vətəndaş, həm də bir ictimai-siyasi xadim kimi ən ümdə borclarıdır. Bolgexeber.com bildirir ki,Milli Məclisdə öz seçicilərini “ təmsil edən” millət vəkillərindən biri də Qaradağ rayonu 11 saylı seçki dairəsindən seçilmiş deputat Ağalar Vəliyevdir. Lakin o, Milli Məclisin deputatı kimi yox, daha çox biznesmen kimi tanınanlardandır. Tikinti sektorunda aparıcı paya malik “Azəraqrartikinti” şirkətinə rəhbərlik edən deputat həm də mətbuata qapalı biridir. Bu günəcən Milli Məclisin iclaslarında Ağalar Vəliyevin səsini eşidən olmayıb. Yəqin ki, o, “danışmaq gümüşdürsə, susmaq qızıldır” məsəlini özünə şüar seçib. Onu da xatırladaq ki, may ayında Azadlıq prospektində yanan hündürmərtəbəli yaşayış binasının təmiri, mənzillərin mebel və məişət avadanlıqları ilə təmin olunması Ağalar Vəliyevin rəhbərlik etdiyi “Azəraqrartikinti” şirkətinə həvalə edilmişdi. Lakin binanın təmirindən sonra mənzillərə məişət avadanlıqları verilmədiyi və təmirin keyfiyyətsiz olduğu üzə çıxmışdı. Bu isə sakinlərin etirazına səbəb olmuşdu. Qeyd edək ki, adı bir çox qalmaqallarda hallandırılan Ağalar Vəliyev hazırda 11 saylı Qaradağ seçki dairəsindən millət vəkilidir. Noyabrın 1-i keçiriləck parlament seçkilərinə isə o, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin namizədi kimi qatılacaq.
Bolgexeber.com