Dövlət notariusunun möhürünün saxtası da var imiş
22-03-2012, 16:45
Oxunub: 6 222
“Eseko” sənədlərin “istehsali” ilə məşğul olub
Azərbaycan paytaxtında tərcümə mərkəzində saxta möhürlərdən istifadə edilməklə sənədlər tərtib olunması faktı aşkarlanıb. Bolgexeber.com-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri "Eseko" tərcümə mərkəzində direktor işləyən Elçin Heydərov, 30 saylı Dövlət Notariat Kontorunda məsləhətçi işləyən Əliş Paşayev, Bakı şəhər sakinləri Əbdüləzim Nuriyev və Balaəli Əliyev ilə cinayət əlaqəsinə girərək Buzovna qəsəbəsi ərazisindəki 25 saylı Dövlət Notariat Kontorunun saxta möhürlərindən istifadə etməklə "etibarnamə", "tərcümə sənədləri", "əmlakın bağışlama aktları"nı tərtib etmələri və vətəndaşlara satmaları müəyyən edilib.
"Eseko" tərcümə mərkəzinə baxış zamanı çoxlu sayda saxta sənədlər, 2 ədəd kompüter, üzərinə 25 saylı Dövlət Notariat Kontoru yazılmış 1 ədəd dairəvi möhür və digər köməkçi sənədlər aşkar edilərək götürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər