BolgeXeber.Com » Gündəm » Kürdəmirin icra başçısının başının üstündə qara buludlar dolaşır-Qohumu olan aparat rəhbəri tutuldu
Kürdəmirin icra başçısının başının üstündə qara buludlar dolaşır-Qohumu olan aparat rəhbəri tutuldu
27-10-2015, 14:07
Oxunub: 5 426
Nazirliyin aparat rəhbəri tutuldu, kabineti möhürləndi
Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarla bağlı həbslər davam edir.
Bolgexeber.com-a daxil olan xəbərə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, aparat rəhbərinin kabineti möhürlənib. V.Zeynalovun evində və bağında axtarış aparıldığı bildirilir.
Qeyd edək ki, V.Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla əlaqəli məsələ olduğu söylənilir.
Məsələylə bağlı Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovla əlaqə saxladıq. M.Əmirov hazırda işdə olmadığını, bu barədə məlumatsız olduğunu bildirib.
V.Zeynalovun qəbul otağına etdiyimiz zənglərə isə cavab verən olmadı.
Yeri gəlmişkən, qeyd edək ki, V. Zeynalov Azərbaycanın ən varlı şəxslərindən biri hesab olunur.
Onun qardaşı Vahid Zeynalov MTN-in Tədris Mərkəzinin rəisidir. Onların yaxın qohumu Ceyhun Cəfərov isə Kürdəmir rayonunun icra başçısıdır. Bu saatlarda Bolgexeber.com-a daxil olan yeni məlumata məhz qohumluq əlaqəsinə görə icra başçısı Ceyhun Cəfərovun da yaxın zamanlarda cəzalancağı bildirilir. Mənbə onu da qeyd edir ki, icra başçısının vəzifədən kənarlaşdırılması haqda qərarın çıxarılacağı gözlənilir.Verilən digər məlumata görə isə bu gün rayonda qəbul günü olmasına baxmayaraq başının üstündə “qara buludların” əmələ gəlməsini görən Kürdəmirin icra başçısı əlac tapmaq üçün bütün işlərini atıb təcili olaraq Bakıya üz tutub.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər