BolgeXeber.Com » Gündəm » Bakı Metropolitenində orijinal oğurluq

Bakı Metropolitenində orijinal oğurluq

23-03-2012, 20:25
Oxunub: 3 973 Q.Qarayev stansiyasının ərazisindəki köşkdən 100 ədəd lotereyanı oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də metronun Q.Qarayev stansiyasının ərazisində Bakı şəhər sakini Əsəd Məmmədova məxsus köşkdən 100 ədəd lotereyanı oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, oğurluqda şübhəli bilinən Naxçıvan şəhər sakini Novruz Mustafayev tutulub.