BolgeXeber.Com » Gündəm » Şirvanda seçicilər Rafael Cəbrayılovu boykot edirlər-VİDEO

Şirvanda seçicilər Rafael Cəbrayılovu boykot edirlər-VİDEO

29-10-2015, 11:01
Oxunub: 4 749 Şirvanda seçicilər Rafael Cəbrayılovu boykot edirlər-VİDEORafael Cəbrayılovun Şirvan şəhəri üçün hər hansı bir iş görəcəyinə inanmırıq,çünki o bir oliqarxdır və hər zaman biznesini düşününən biri olub”

Bu sözləri Şirvan şəhər sakinləri BTV-yə müsahibəsində bildiriblər. 9 saylı Binəqədi 2-ci seçki dairəsinin deputatı Rafael Cəbrayılov seçiciləri ilə təmasdan qaçan deputatlardan biridir. Elə bu səbəbdəndir ki, onu yalnız seçki marafonu dövründə sakinlərin arasında görmək mümkündür. Əməkdaşlarımızın Şirvan şəhərində Seçicilər arasında apardığı sorğu zamanı da seçicilər bildirdi ki,Rafael Cəbrayılovun üzünü görən cənnətlikdir,buna görə də sakinlər onu dəstəkləmir və öz vəkilləri kimi görmək istəmirlər. Qeyd edək ki,Rafael Cabrayılov millət vəkilindən daha çox biznesmen kimi tanınır və adı qalmaqallı biznes məsələlərində tez-tez hallanır. Hazırda 9 saylı Binəqədi 2-ci seçki dairəsindən 2 dəfə deputat seçilən Rafael Cabrayılov bu dəfəki seçkilərə 46 saylı Şirvan şəhər seçki dairəsindən qatılıb.
Bolgexeber.com