Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun kitab və portret biznesi-İLGİNC
4-11-2015, 16:29
Oxunub: 6 074
Ceyhun Cəfərov Tərtərdə işlədiyi vaxt bir qrup sahibkarlardan külli miqdarda pul alınıb
Bolgexeber.com bildirir ki,azerinews.tv-yə Kürdəmir rayonunun icra başçısı Ceyhun Cəfərovun portret və kitab biznesi ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatlı mənbənin iddiasına görə, icra başçısı bütün bunları vəzifəyə qoyduğu adamlarının əli ilə görür. Tərtərdə işlədiyi vaxt sürücüsü olan Vüsal adlı şəxsi özünə köməkçi təyin edən rayon rəhbəri, bütün pullu işləri onun əli ilə həyata keçirir. Rayonda gəzən söz-söhbətlərdə də deyilir ki, Heydər Əliyev və İlham Əliyevlə bağlı kitablar və portretlər Vüsalın göstərişi ilə məcburi şəkildə məktəblərə və məmurlara satılır. Mənbənin dediyinə görə, Tərtərdə yığılıb qalan köhnə problemlər də elə Vüsalın ucbatından olub. Belə ki, Ceyhun Cəfərov Tərtərdə işlədiyi vaxt bir qrup sahibkarlardan külli miqdarda pul alınıb. Həmin pullarla yeni təyinat alan Cəfərov, pulları qaytarmayaraq sahibkarları get-gələ salıb. Pullarının “atıldığını” görən sahibkarlar prezidentə şikayət hazırlayır. Mənbənin məlumatına görə, yaxın günlərdə həmin sahibkarlar PA-nın qarşısına yığılıb haqlarını tələb edəcək və prezidentdən Ceyhun Cəfərovun cəzalandırılmasını istəniləcək...
Növbəti yazılarda biləcəksiniz: Ceyhun Cəfərovun xidməti avtobobili ilə baş vermiş hadisə zamanı xəsarət alan şəxsin sonrakı taleyi...
Heydər Əliyev və İlham Əliyevin portretlərini, eləcə də yazılan kitabların Kürdəmirdə məmurlara və məktəblilərə baha qiymətə satılmasının əsl səbəblər...
İcra başçısının oğlu törətdiyi qəzada ağır xəsarət alan adam kimlər tərəfindən və necə gizlədildi...?
Vidadi Zeynalovla yaxın qohum olan Ceyhun Cəfərovu məlum “Eldar Mahmudov hadisələri”nə nə bağlayır...? Bütün işini MTN üzərindəN görən cənab Cəfərov nədən Mahmudov və onun dəstəsinin əleyhinə açıqlamalar verir...?
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər