Qobustan həbsxanasında 50 manat rüşvət istəyirlər?
30-03-2012, 11:25
Oxunub: 5 431
Məhbuslardan birinin yaxını görüş otağı almaq üçün Rəsul adlı nəzarətçinin qiymət müəyyənləşdirdiyini deyir
Qobustan həbsxanasında məhbuslarla görüşmək istəyən ailələri əziyyət və tələblərlə üzləşirmişlər. Bu barədə tia.az-a məhbus valideynlərindən biri məlumat verib. O bildirib ki, həbsxanada onlardan heç bir səbəb göstərmədən pul tələb ediblər.
Övladını həbsxanada incidəcəklərindən ehtiyat etdiyi üçün adının açıqlanmasını istəməyən həmin şəxs bildirib ki, əgər onlardan tələb olunan pulu verməsələr, yaxınları ilə görüş əsl problemə çevrilir. Dəfələrlə belə vəziyyətlərlə üzləşdiyini bildirən həmsöhbətimiz deyir ki, əsas əziyyəti də həbsxanada nəzarətçi işləyən Rəsul adlı şəxs törədir. «Rəsul adlı şəxs orada nəzarətçi işləyir. Yaxınlarımızla görüşmək üçün görüş otağı istəyəndə, bizdən 50 manat pul tələb edir. Əks təqdirdə, görüş «qanunla nəzərdə tutulan yerdə» keçirilir. Həmin yer isə dəmir barmaqlıqlardır ki, bir tərəfində yaxının, digər tərəfində də sən olursan. Hətta onunla əl verib görüşə belə bilmirsən».
Bizə şikayət edən vətəndaş Pentenisiar Xidmətin rəhbəri Mədət Quliyevə saytımız vasitəsi ilə müraciət edərək, yaranmış problemin aradan qaldırılmasını istəyir. «Mədət müəllim deyir ki, həbsxanada rüşvət yoxdur. Bəs, o zaman Rəsul kimi adamlar hardan özlərində cəsarət tapıb, bizdən pul tələb edirlər? Xahiş edirəm ki, bu problemin aradan qaldırılmasına bizə yardımçı olsun».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər