BolgeXeber.Com » Gündəm » Sabunçu icra başçısının “qoçuları” Qarabağ əlilini döyüb-VIDEO

Sabunçu icra başçısının “qoçuları” Qarabağ əlilini döyüb-VIDEO

11-11-2015, 18:03
Oxunub: 2 455 Sabunçu icra başçısının “qoçuları” Qarabağ əlilini döyüb-VIDEOMaştağa qəsəbəsində yaşayan, 2-ci qrup Qarabağ əlili İsrafil Əsgərov iddia edir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyinin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb

Onun sözlərinə görə, həyətyanı sahəsində bağ salmaq məqsədilə tikinti işləri görüb . Lakin icra nümayəndələri bu tikilini söküb, İsrafil Əsgərova isə bədən xəsarətləri yetiriblər. Döyülməyi azmış kimi, İsrafil Əsgərov üstəlik polis bölməsinə də aparılıb. Orada isə ona icra nümayəndələrinin haqlı olduğunu söyləyiblər. Görünür, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri bütün problemləri asan yolla - qol gücünə, hərbə-zorba ilə həll etməyə üstünlük verirlər. Rayon rəhbərliyi unudur ki, məzlum insanları döymək ya da təhqir etməklə istənilən problemi aradan qaldırmaq olar, lakin bir şeyi unutmamaq lazımdır, hər kəs qanun qarşısında bərabərdir.
Bolgexeber.com