"Azərqazı"ın Ucar şöbəsi saxtakarlıqla məşğuldur?-ŞİKAYƏT
16-11-2015, 11:00
Oxunub: 4 163
"Sonradan bizə bildirdilər ki, orada işləyən bəzi işçilər qaz sayğaclarına özləri kələk edib saxtakarlıqla vətəndaşları soyurlar"
Bolgexeber.com-un redaksiyamıza şikayət edən Ucar rayonu Nəsimi küçəsi ev 169 da yaşayan İbrahimova Saniyə Firudin qızı "Azəriqaz" əməkdaşlarından narazıdır. Bolgexeber.com vətəndaşın müraciətini təqdim edir:
"Ucar rayon Qaz İstismar İdarəsinin əməkdaşlarının saxtakarlığı nəticəsində sayğaca müdaxilə adı ilə yaranmış borca görə xəttimizi kəsmək istəyirlər ki, buna görə çox narahatam. Bizim tərəfimizdən qaz sayğacına heç bir müdaxilə edilməyib. Bütün bu saxtakarlıqları Ucar Rayon Qaz İstismarı İdarəsinin Ayaz adlı keçmiş əməkdaşı etmişdir.Belə ki, təxminən 1 il 6 ay bundan əvvəl sahə üzrə nəzarətçi işləyən Ayaz adlı əməkdaş sayğacımıza müdaxilə olunduğunu deyib bizdən 40 manat pul aldı.Bundan sonra hər ay işlətdiyimiz qazın pulunu ödəmişik.İndi isə bizə bildirirlər ki, siz sayğaca müdaxiləyyə görə cəriməni ödəmisiniz, ancaq sayğacın pulunu ödəməmisiniz ki, indi də buna görə 96 manat ödəməlisiniz.Bildirirəm ki, 1 il bundan əvvəl sayğacın qiyməti 45 manat olub ki, biz bu pulu Ayaz adlı əməkdaşa vermişik.Həmin adamıda işdən çıxarıblar. Sonradan bizə bildirdilər ki, orada işləyən bəzi işçilər qaz sayğaclarına özləri kələk edib saxtakarlıqla vətəndaşları soyurlar".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər