BolgeXeber.Com » Gündəm » Lənkəran telekommunikasiya şöbəsinin müdirinə korrupsiya ittihamı

Lənkəran telekommunikasiya şöbəsinin müdirinə korrupsiya ittihamı

19-11-2015, 13:07
Oxunub: 6 813 Lənkəran telekommunikasiya şöbəsinin müdirinə korrupsiya ittihamı“Aztelekom"da müşavir Kərim və Anarda olan 10.000 dollarlıq “salafan” bükülən cib kompyuterində və flaşkartda qanunsuz pulların siyahıları gizlənir

Adı "MTN işi"ndə hallanan və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiriseçilən "Aztelekom" MMC-nin sabiq baş direktoru Məmməd Məmmədovun yaxın adamları haqqında maraqlı məlumatlar daxil olub. Bolgexeber.com-un elektron ünvanına daxil olan məlumatda, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinən M.Məmmədovun tələbə yoldaşı Lənkəran telekommunikasiya şöbəsinin müdiri Gülağa Şıxaliyev də böyük korrupsiya çirkabına bulaşdığı qeyd edilib.Bolgexeber.com-a daxil olam məktubu olduğu kimi təqdim edirik:

"Lənkəran telekommunikasiya şöbəsinin müdiri Gülağa Şıxaliyev “Aztelekom” istehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun tələbə yoldaşı və təchizat şöbəsinin müdiri işləmiş, 6 aydan çoxdur ki, Lənkəranda “Fıbrotik” və mis kabellərin satışı ilə məşğuldur.Öz qonşusu və qohumlarının həyətinə tökdüyü mis və fıbrotik kabellərdən iki milyonadək gəlir əldə edən Gülağa Şıxaliyev hələ də çirkin əməllərini və idarədə əxlaqsızlıq hərəkətlərini davam etdirir.
Texniki şöbənin müdiri olan Ağamir Hüseynovu telekommunikasiyada əxlaqsız adam kimi tanıyırlar.Hansı qadının həyat yoldaşı rəhmətə gedirsə o dəqiqə ona “xod” edir.Bunlardan biri də orada işləyən Sevda adlı xanımdır. Gülağa Şıxaliyev Məhəmməd Məmmədovla əlbir olaraq il ərzində quruma 30 milyona yaxın daxil olan investisiya vəsaitlərini peşakarlıqla mənimsəmişdirlər.Bu xərc Lənkəran təyinatı üzrə xərclənməyib.Bir sözlə bu pullar Gülağa Şıxaliyevin ev kassasına daxil olub.Müxtəlif tikintilər vasitəsi ilə mənimsənilən milyonlar Bakı şəhərində və Lənkəranda villa almağa yönəlmişdir.Bu vəsaitləri nazirlikdə 60%-lə Məhəmməd Məmmədova 40% yerli şöbələrə verilmişdir.
Məlumata görə Gülağa Şıxaliyev rayonda olan mis naqilləri hamılıqla dəyişdirərək ünvanı bilinməyən yerdə Masallıda yerində satılır. Əvəzində kabel dəmir qarışığı ,aliminiumla əvəz olunur.Rayonda buna rəhbərlik Ağamir Hüseynov edir. Bu işdə peşəkar olan Ağamir pulları vaxtı-vaxtında Gülağaya çatdırır.
“Aztelekom"da müşavir Kərim və Anarda olan 10.000 dollarlıq “salafan” bükülən cib kompyuterində və flaşkartda qanunsuz pulların siyahıları gizlənir.
Gülağa Şıxaliyev Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin həyətində 20 sot yerdə kafe və Mobil-1 adlı avtoservis açıb.
Gülağa Şıxaliyeva şəxsən məxsus olan internet xətləri rayonda pis vəziyyətdədir. Gülağa Şıxaliyev Lənkəran Telekomda pulları necə silir;- ən yaxın adamları olan Ağamir və Elxan vasitəsi ilə.
Gülağa Şıxaliyevin təkcə Bakıda yox, İstanbulda,Antalyada, Rusiyada əmlakları vardır.Hər yerə Məhəmməd Məmmədovla gedən Gülağa öz var dövlətini yaxşı qoruya bilir. Lənkəran Telekommunikasiya idarəsində rüşvətxorluq və korrupsiya faktları çoxdur".

Nazim Hüseynov
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com