Baş Prokurorluqda cinayət işi açıldı
5-04-2012, 18:00
Oxunub: 5 244
Baş redaktorun uşaqlarının ölümü ilə bağlı yenidən istintaq aparılacaq
Bolgexeber.com saytının rəhbəri Vasif Turanın ötən ilin oktyabrın 7-də Qobu qəsəbəsindəki evində baş vermiş yanğın nəticəsində iki uşağını itirməsi ilə bağlı Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İstintaq İdarəsində cinayət işi açılıb. Bu barədə TİA.AZ-a Vasif Turan məlumat verib.
O bildirib ki, prokurorluqdan ona deyiblər ki, məsələ diqqətlə araşdırılacaq və işin mahiyyəti üzrə məlumat veriləcək. «Bizə bildirdilər ki, artıq cinayət işi açılıb. Evimdə baş vermiş yanğın nəticəsində iki uşağımının ölüm səbəbləri və bununla bağlı bütün detallar və məqamların araşdırılacağını dedilər. Ümid edirəm ki, FHN-in İstintaq İdarəsinin bu aylar ərzində görə bilmədiyi işləri Baş Prokurorluq həyata keçirəcək. Və evimdə baş vermiş yanğının əsl səbəbləri və bu hadisəni törədənlərin kimliyi aşkarlanacaq».
Baş redaktor onu da qeyd edib ki, bir müddət Mətbuat Şurasının da məsələ ilə bağlı Baş Prokurorluğa ünvanladığı müraciət də araşdırılır. Vasif Turan bildirib ki, məsələnin ədalətli şəkildə araşdırılacağına böyük ümidləri var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər