BolgeXeber.Com » Gündəm » Rüfət Quliyevin seçicilərlə görüşləri davam edir

Rüfət Quliyevin seçicilərlə görüşləri davam edir

28-10-2010, 14:55
Oxunub: 6 075
Oktyabr ayının 26-da saat 16 00 –da 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Quliyev Göyşaban kənd klubunda seçicilərlə görüş keçirmişdir.

Görüşü deputatlığa namizədin vəkili Hacı Marafat Musayev açmışdır.
Görüşdə Mirzağa Mirzəyev, Hüseyn Məmmədov, Şahverən Məmmədov çıxış etmiş, deputatlığa namizədə 5 il ərzində gördüyü işlərə görə minnətdarlıq etməklə yanaşı, kənddə mövcud olan problemlərdən danışmış Rüfət Quliyevin deputat seçiləcəyi təqdirdə onların həllində yardımçı olmağını xahiş etmişlər.

Çıxış edənlər problemlərdən danışarkən əsas diqqəti kənddə təbii qazın olmamasına yönəltmiş, bu sahədə görülən işlərin qənaət bəxş olmamasını qeyd etmişlər, onlar bu seçkilərdə də onu dəstəkləyəcəklərini vurğulayaraq gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Görüşdə çıxış edən deputatlığa namizəd Rüfət Quliyev seçicilərə öz təşəkkürünü bildirərək möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasətdən, iqtisadi inkişafdan geniş söhbət açmış, Lənkəranda olan bir çox problemlərin ardıcıllıqla həll olunduğunu, 2011-ci ilin sonuna qədər isə qaz probleminin öz həllini tapacağını bildirmiş, sonra seçicilərə platformasının müddəalarını açıqlamışdır.

Sonda deputatlığa namizəd seçicilərin çoxsaylı suallarına cavab vermişdir.