Əhməd Mehdiyev həbs olunan BTRİB –in eks-rəisinin yolunu gedir
7-12-2015, 11:03
Oxunub: 6 612
Əhməd Mehdiyev sənədlərin üzərində də öz bildiyini edərək qovşağa alınan inventarları qiymətindən 3 dəfə baha yazdırıb
Rabitə və Kommunikasiya texnologiyaları ilə bağlı ciddi irəliləyişlərə imza atılsa da etiraf etmək lazımdır ki, bu sahənin bir sıra strukturları yol verilən neqativ hallarla qazanılmış uğurları kölgə altına alırlar.
Belə ki, BTRİB –nin eks rəhbəri Beytulla Hüseynov həbs olunandan sonra onun 1-ci müavini Əhməd Mehdiyev onun yolunu davam etdirir desək yanılmış olmarıq.O, Beytulla Hüseynovla əlbir olaraq bütün yeyintiləri birgə həyata keçirib və elə bu səbəbdəndir ki, Beytulla Hüseynov onu özünə müavin seçib. Bundan əvvəl Xətai Telefon Qovşağına rəhbərlik edən Əhməd Mehdiyev orada yol verdiyi nöqsanlar səbəbindən tutduğu vəzifədən azad olunub.Onun yerinə isə Nazim Əliyev təyin edilib.
Etibarlı mənbələrinBolgexeber.com-a verdiyi məlumata görə müavin Əhməd Mehdiyev sənədlərin üzərində də öz bildiyini edərək qovşağa alınan inventarları qiymətindən 3 dəfə baha yazdırıb. Eyni zamanda alınan mallar Əhməd Mehdiyevə yaxın olan firmalardan alınıb. Həmin firmaların çoxu isə həbsdə olan Beytulla Hüseynovun həyat yoldaşının adı ilə bağlıdır.
Qeyd edək ki, Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifəyə gətirdiyi Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunaraq,həbs edilib.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq!
Aytən Yaşar
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər